Logo hazırlayarkən izlənilməsi lazım olan proseslər və hazırlayarkən diqqət edilməsi lazım olan ünsürlər (rəng , mətbəə , və s.) nələrdir? "Logo"-bir təşkilatın və ya markanın şəxsiyyətini meydana gətirən təməl komponentlərdən biridir. Bu səbəblə logonun dizayn prosesi də şəxsiyyət inkişaf prosesinin bir hissəsi olaraq həm strateji, həm də kreativ işlər bir yerdə olmalıdır. Bu işlər təməl olaraq 5 mərhələdə yekunlaşdırıla bilər.



Birinci mərhələ-logonun təmsil edəcəyi marka və ya qurumla əlaqədar olaraq yerləşdirilməsi strategiyasının müəyyənləşdirilməsi və ya dəqiqləşdirilməsidir. Logonun vizual olaraq hazırlanmasına başlamazdan əvvəl mütləq logonun təmsil edəcəyi məhsul , xidmət və ya təşkilat barədə ətraflı məlumat toplanmalıdır. Marketinq , ünsiyyət, hədəf və strategiyalar, bazar və rəqabət məlumatları analiz edilməli , dəqiq və orijinal yerləşdirilməsi strategiyasına sahib olunmalıdır.




İkinci mərhələ-yerləşdirilməsi strategiyasına bağlı olaraq marka şəxsiyyətini və marka şəxsiyyətini təyin edən təməl anlayış və qarşılıqlı təsirlərin təyin olunduğu mərhələdir. Markanın necə bir duruşa sahib olacağı və nə şəkildə təmsil edilməsi lazım olduğu bu mərhələdə dəqiqləşməlidir. Bu məlumatlara sahib olmadan müvəffəqiyyətli bir logonun hazırlanması mümkün deyil.



Üçüncü mərhələ-əvvəlki iki mərhələdə əldə edilən məlumatlarla birlikdə yaradıcı müddətdə əsas təşkil edəcək olan dizayn üçün kreativ bref meydana gətirmə mərhələsidir. Doğru hazırlanmış bir kreativ bref , logo dizayn müddətində dizayn qrupuna yol göstərəcək bütün məlumatları ehtiva edər və dizaynın yerləşdirilməsi strategiyasına və təyin olunan marka şəxsiyyətinə uyğun olaraq doğru istiqamətdə irəliləməsini təmin edər.



Dördüncü mərhələ-kreativ dizayn işlərinin başladığı mərhələdir. Dizayn müddətində edilən ən məşhur səhvlərdən biri strateji və konseptual iş etmədən , logo dizaynını yalnız qrafik dizayn müddəti kimi ələ alaraq işə birbaşa bu mərhələdən başlamaqdır. Loqonun əsas ünsürləri olan rənglər və mətbəə kreativ dizayn müddətində müəyyən edilir. Logonun rəngləri və tipi təyin olunarkən marka şəxsiyyəti, yerləşdirilməsi və rəqabət strategiyaları kimi strateji məlumatlar mütləq nəzərə alınmalıdır.



Bazardakı əhəmiyyətli rəqiblərin vizual şəxsiyyətləri araşdırılmalı və dizayna buna görə istiqamət verilməlidir. Rəng vizual şəxsiyyəti təyin edən ən basqın xüsusiyyətdir. Bu səbəblə xüsusilə rəng seçiminində rəqabət strategiyaları diqqətlə nəzərdən keçirilməlidir. Coca-Colanın qırmızısına qarşı Pepsinin mavisi buna ən yaxşı nümunədir. Rənglərin insanlar üzərində yaratdığı duyğu və təsirlər də fərqli olduğundan , Logoda istifadə edilən rəngin , təmsil olunacaq marka şəxsiyyətini əks etdirməyinə və markanın yaratmaq istədiyi uğurun dəstəkləməsinə diqqət yetirilməlidir.



Beşinci mərhələ-qiymətləndirmə mərhələsidir. Mövzuyla əlaqədar bütün şəxslərin və qərar verənlərin iştirakını tələb edən bu mərhələdə fərqli baxış bucaqlarını əks etdirən dizayn alternativləri qiymətləndirilir. Bu nöqtədə qiymətləndirmənin iş müddətində yaradılan strateji və konseptual məlumatlara görə edilməsinə, şəxsi zövq və bəyənmələrə söykənən subyektiv qiymətləndirmələrdən uzaqlaşmağa xüsusilə diqqət yetirilməlidir.



Qiymətləndirmə sonunda, fərqli dizayn ideyaları və dünyagörüşlərini əks etdirən işlərdən biri və ya hər ikisi üzərində həmfikir olunaraq dizayn işlərinin o istiqamətdə inkişaf etdirilməsinə qərar verilə və ya müəyyən bir alternativ üzərində qərar qılınaraq logonun qeydiyyat müddəti başladıla bilər.