“Coca-Cola” şirkəti ABŞ-da ikinci içki olan “Diet Cola” brendinin tarixində ilk dondurulmuş məhsulun - “Diet Coke Frost”un istehsalına başlayıb. Möhtəşəm dada malik qazlı sərinləndirici bu içki brendin 31 illik tarixində ilk buzlaşdırılmış içkidir.



“Diet Cola Frost”un sərinləndirici effektini tərkibində olan albalı dadlı əvəzedicilər çatdırır. Məhsulun hər porsiyasında 30 kalori və 12 karbohidrat var. “Slurpee” adlanan təravətləndirici buz parçalarından ibarət bu içki ABŞ boyunca “7-Eleven” mərkəzlərində satılır.



Bahar istiləri başlayandan sonra məhsul daha böyük həcmdə istehsal olunacaq. Belə ki, May ayından “Diet Cola Frost”u ABŞ-ın digər pərakəndə satış nöqtələrində quraşdırılan qazlı içki aparatlarında tapmaq mümkün olacaq. “Diet Coke Frost” - günün istənilən saatına uyğun dadlı təravətləndirici içkidir.



Bu içkiləri sevənlərin diqqətinə yeni məhsulun təqdim etməklə, şirkət ABŞ-da öz sahəsində ikinci olduğunu bir daha təsdiq edir. "Debütu üçün “7 - Eleven” şirkəti ilə əməkdaşlıq etməklə, “Diet Cola” öz innovasiyalarını artıq tanınmış mühitdə təqdim etmək imkanı əldə edəcək”, - deyə “Coca-Cola” şirkətinin Şimali Amerikada qazlı içkilər şöbəsinin baş meneceri Stüart Kronojbildirib.



“Alıcılar “7 - Eleven” nöqtələrində bizim möhtəşəm buzlaşdırılmış içkilərimizi əldə etməklə, ilk olaraq Amerikada “Diet Coke Frost”un dadına baxmış olacaqlar. “Diet Coke Frost” ideyası ilə yanaşı biz bu məhsulu “7 - Eleven” proqramının vəsaiti ilə pulsuz test etmək üçün kupon da təqdim edəcəyik”, - deyə “7 - Eleven”ın təzə qida və markalı içkilər üzrə baş vitse - prezidenti Nensi Smit qeyd edib.




“Coca Cola” şirkəti haqqında:




“Coca - Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca - Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosunadəyəri 16 mlrd. ABŞ dollar olan brendlər daxildir: “DietCoke”, “Fanta”, “Sprite”, “Coca-ColaZero”, “vitaminwater”, “Powerade”, “MinuteMaid”, “Simply” və “Georgia Coffee”. Qlobal miqyasda “Coca - Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir.



Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca - Cola” şirkəti hər gün 1,8mlrd. Içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca - Cola” şirkəti dünyada TOP - onluğa daxildir. “Coca - Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com