Jeep ABŞ-ın kişi və qadın basketbol komandalarına sponsorluq şərtilə ABŞ Basketbol Asssosasiya ilə əməkdaşlıq elan edib və beləliklə Jeep Wrangler NBA-nın rəsmi avtomobili elan olunub.
28 apreldə Jeep və USA Basketball əməkdaşlığının şərəfinə və 2012-ci ildə yaradılmış Jeep Wrangler-in "Çərçivədə güc " adlı V-6 Pentastar yeni mühərrikinin ilk reklam kampaniyası başlamayıb. Jeep-in "siması" tanınmış basketbolçu Kris Pol muəyyən edilmişdir, sloqan isə "qürurla Amerika basketboluna inanırıq" seçilib.
www.Jeep.com/USAB markasının yeni mikrosaytında yeni kampaniya üçün reklam necə çəkilməsinə dair çarxlarına baxmaq olar. Bundan əlavə, orada21 may - 25 iyun tarixində istifadəçilər üçün Jeep Wrangler Unlimited Altitude Edition-unun xüsusi avtomobilini udmaq imkani əldə etmək üçün dizayner müsabiqəsi keçiriləcəkdir. Sayt həmçinin qalib gələrək unikal məzmuna və təkliflərə giriş əldə etmək imkanı yaradan basketbol oyununu özündə birləşdirir.
Kris Poldan əlavə, kampaniyada basketbolun başqa əfsanələri də iştirak edirlər, məsələn NBA-ın keçmiş aparıcı oyunçusu və ESPN/ABC-nin hazırki idman analitiki Djalen Rouz da reklamda çəkilib.