Azərbaycanda ilk dəfə olaraq “GÖZÜNLƏ DUYDUQLARIN” adlı loqo sərgi keçiriləcəkdir. Sərgidə gənc dizayner Elçin Aşurovun müəllifi olduğu yeni üslub və baxışı özündə birləşdirən 80 loqo nümayiş olunacaqdır.



Sərgi iştirakçıları loqolarla yanaşı onların insanlara verdiyi şüuraltı mesajlarla da tanış olacaqlar. Müəllifin fikrincə bir işarə bir heca, işarələr birlikdə bir söz, onların gözlə təması artıq bitmiş bir fikirdir. Sərgi 4 Fevral tarixində saat 12:00-dan 19:00-kimi “Bakı Bİznes Mərkəzi”ndə keçiriləcəkdir.