Bu ildən İsveçrədə heç bir istisna olmamaqla bütün «McDonald's» restoranları bağlanıb. Alp dağlarında yerləşən bu ölkə digərlərinə nümunə olmaq fikrindədir. Qeyd edək ki, ölkə bu addımı sağlam qidalanmanın təbliği məqsədilə atıb.


Artıq Bolqarıstan, İspaniya, Almaniya və digər Avropa İttifaqı ölkələrindən istənilən fastfud növünü qadağan edən qanunvericilik qəbul edilməsi ilə bağlı 127 ədəd müraciət daxil olub. Avropa daha qidalanma məsələlərində tolerantlıq sərgiləmir və hər kəsi kimyəvi tərkibli qidadan və fastfuddan imtina etməyə çağırır. İndi BMT və Aİ natural məhsullar əvəzinə yüksək texnologiya ilə təchiz olunmuş qida sənayesini təbliğ edir. Avropa komissiyasının hesablamalarına əsasən son beş il ərzində yol üstü qidalanma restoranlarının sayı Avropada 17% artıb. ABŞ isə heç də kulinariya şoku yaşamır, ölkənin 1500 televiziya kanalı hər gün sağlam qidalanma və sağlam həyat tərzini təbliğ edən reklamlar verir və bu növ qidaya olan tələbat gündən-günə artr. Lakin buna baxmayaraq, sosioloqların məlumatlarına əsasən amerikanların ən sevimli ailə yeməkləri yenə də qamburqer və pizza olaraq qalır. Nəticə etibarı ilə ABŞ əhalinin əsas xəstəliklərinin 60%-dən çoxunun birbaşa olaraq düzgün qidalanmama səbəbindən yaşandığı ölkələr sırasında dünya üzrə birinci yerdə getməyə davam edir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən belə xəstəliklərin sayı bütün dünyada artır.