Bakıda "PRofessional school of PR" adlı sürətələndirilmiş PR (İctimaiyyətlə Əlaqələr) kursu təşkil olunacaq. Burada 15 gün müddətində 8 dərs keçiriləcək və iştirakçılara təlimləri mənimsəmə dərəcələrinə görə bir-birindən fərqli sertifikatlar təqdim olunacaq. "Young Business Factory" təlim mərkəzinin təşkil etdiyi PR məktəbində baş təlimçi PR üzrə mütəxəssis Vüqar Babadır. Təlimçi bildirir ki, normalda 1 ay müddətinə davam edən təlimlər sürətləndirilmiş kursda 8 dərsə keçiriləcək və bu kurs ərzində iştirakçılara PR sahəsi ətraflı öyrədiləcək.
Kursun müddəti və maliyyə xərcləri azaldılaraq həm iştirakçıların vaxtına qənaət olunur, həmçinin, iştirak haqları 2 dəfədən çox aşağı salınıb. Vüqar Baba bildirir ki, kursu "yaxşı" və "əla" qiymətlərlə bitirənlərə zəmanət məktubu da veriləcək: "Onlar ən iri şirkətlərin PR şöbələrində rahatlıqla işləyə biləcək bilgi və bacarıqlara sahib olacaqlar". Ekspertin sözlərinə görə, məktəbin məzunları qısa müddət sonra ölkənin ən tanınmış "PR"çıları ilə rəqabətə girə biləcəklər. Sentyabrın 28-i başlayacaq və Oktyabrın 11-i bitəcək kursa yalnız 25 nəfər qəbul olunacaq. Təlimlər barədə ətraflı məlumatı elan linkindən (http://oley.az/?p=10126) almaq mümkündür.