Bunun müzakirəsinə heç ehtiyac da yoxdur. Xanımlar günümüz dünyasında artıq daha çox gücə sahibdir. Xanımların iş dünyasına atılması, dəyişən rollar və dəyişən məsuliyyətlər onların iqtisadiyyatda, biznes dünyasında da önəmli fərdlər olmasına səbəb oldu. Bugünki yazımızda günümüz alış-veriş dünyasında xanımların qatqıları və gücünü qələmə alacağıq.





Keçirik xanımların alışveriş davranışları və az çox da kişilərlə olan müqayisələrinə:



1. İlk öncə onu qeyd edim ki, xanımların iş həyatına atılmasından sonra mağazalar onların həyat tərzinə uyğunlaşmaq məcburiyyətində qalıb və nəticə olaraq alış-veriş mərkəzləri həftəiçi gec saatlara qədər açıq qalmalı olub. Adama sual verərlər nəyə görə alışveriş mərkəzi xanımlara üçün gec saatlar görə açıq qalsın ki. Səbəbi sadədir: "ABŞ"da aparılan statistika göstərir ki, xanımlar bütün alış-veriş xərclərinin 83%-nə nəzarət edirlər. Day yazıq alış-veriş mərkəzi gözləyər də xanımları



2. Xanımlar alış-veriş zamanı kişilərə görə daha asta hərəkət edir, kişilərdən fərqli olaraq sadəcə alacaqları məhsula yox, ətraflarına da nəzarət edir, nəticə olaraq kişilər kimi sadəcə almağı düşündükləri məhsulları yox, əvvəlcədən düşünmədikləri məhsulları da alıb çıxırlar. Kişilər hər nə qədər alış verişi ən qısa müddətdə bitirməyə çalışsalar da, xanımlar üçün alışveriş bir sosial fəaliyyət və bir növ də əyləncədir.



3. Kişilər alış-verişə orta hesabla 26 dəqiqədən çox vaxt sərf etdikdə artıq sıxılır. Xanımlarda isə bu rəqəm düz 2 saatdır. Xanımlarım mağazada sərf etdiyi zaman mağazaya kimlə getməyidən də asılıdır. Məsələn bir xanım başqa bir xanımla alışverişə gedəndə özü tək getdiyindən 60% daha çox zaman sərf edir. Yoldaşı ilə gedəndə isə tək getməyindən hardasa 7% daha az zaman sərf edir. Qısa desək əgər xanımlar dostlarıyla alış-verişə getdikdə həyat yoldaşı ilə getdiklərinin 2 qatı qədər zaman sərf edirlər.



4. Kişilər geyindikləri geyimləri 65% ehtimalda alsalar da, xanımlarda bu ehtimal sadəcə 25%-dir. Yəni ki, geyinsin geyinsin, amma almasın.



5. Eyni zamanda dünyadakı bütün alış veriş qərarlarının 70-80%-ni ya xanımlar verir, ya da o qərarlara təsir edirlər. Yəni təkcə özlərinin yox, yoldaşlarının da, uşaqlarının da, özlərinin də qərarlarına. Həyat yoldaşı kimi, xanım ailənin alış-veriş qərarlarının 75%-ni verir. Ümumiyyətlə isə:



Ev alma qərarlarının 91%-nə


Qida məhsulları ilə bağlı qərarların 93%-nə


Tətillə bağlı qərarların 92%-nə


Dərmanlarla bağlı qərarların 93%-nə


Və hansı maşının alınacağı ilə bağlı qərarların isə 65%-nə təsir edirlər



Ümumiyyətlə isə dost-tanışa hədiyyə almaq məsələsinə gələndə də, həmişə xanımları qabağa veririk ki, siz alın, siz yaxşı bilərsiniz



6. Kişilər aldıqları geyimlərə daha analitik, məntiq tərəfdən baxırlarsa, xanımlar geyimləri də hisslərinə görə seçirlər. Geyim demişkən, xanımlar üçün bir məhsulun marka olması kişilərə nisbətən çox daha əhəmiyyətlidir.



7. Online alış verişin statistikaları isə belədir. Xanımlar online alış-verişin 58%-nə nəzarət edirlər. Kişilər online alış-verişdə daha çox texnoloji məhsullar alsa da xanımlar yenə də geyimə önəm verirlər.



Bütün bu rəqəmlər də göstərir ki, xanımların bu dünyadakı rolunu qətiyyən danmaq olmaz və eyni zamanda da bir xanımın gücünü qətiyyən göz ardı etmək mümkün deyil.



Növbəti həftə yeni paylaşımlarımızla qarşınızda olacağıq


Birbirbil.com



Mənbə:



1. www.forbes.com


2. www.telegraph.co.uk


3. www.thenextweb.com


4. Practical Ecommerce


5. Money Crashers


6. Abdullah Okumuş, Tüketici Davranışı, 2013


7. Yavuz Odabaşı, Tüketici Davranışı, 2003



Məqalənin video versiyasını Sizlərə təqdim edirəm: