RuTube Qazaxstanda videoreklamın satışına başlayır. RuTube reklam trafikinin həyata keçirilməsi ilə sales-house İnteractive Media Group məşğul olacaq.
Son zamanlar Qazaxstanın internet bazarı sürətlə inkişaf edir. Bu ilin mayında ölkədə internetin penetrasiyası 40% artıb və burada aylıq auditoriya isə təxminən 6.7 milyon insan təşkil edir. Bundan başqa, TNS kampaniyasının tədqiqatçıları hesab edir ki, sutkalıq internet auditoriyası 3.5 milyondan çox və yaxud 22% təşkil edir, Qazaxstanın böyük şəhəri Almatada penetrasiya 59% təşkil edir. 2011-ci ildə Qazaxstan media reklamının ümumi həcmi 6-7 milyon dollar dəyərində qiymətləndirildi, 2012-ci ildə isə ekspertlər 40-50% həcmində artım proqnozlaşdırırlar.
Yerli reklamçılar üçün videoreklam kifayət qədər yeni formatdadır, artıq istifadəçilərin böyük bir qismi reklam çarxlarını izləyirlər. Belə ki, portalın daxili statistikasına əsasən, hal-hazırda Almatada hər ikinci internet istifadəçisi RuTube-də videoları izləyir. Qazaxstan videoportalında 2012-ci ilin birinci rübündə videoreklamlara olan baxış səviyyəsi 7 milyon olub. TNS-in məlumatlarına əsasən, Qazaxstanda reklam çarxlarını izləyənlər orta hesabla 18-34 yaş arasında olan nəsil təşkil edir.
Qazaxstanda RuTube-nin partnyoru ölkədə internet-reklamın iri satıcısı olan İnteractive Media Group-dur(İMG). İMG yerli reklamçılara RuTube qazax trafikində üç formatda videoreklam təklif edir: pre-roll (istifadəçilərin tələb etdikləri mövzuları başlamazdan əvvəl göstərir), post-roll (əsas video ardıcıllıqdan sonra göstərilir) və mid-roll (reklam çarxının ortasında göstərilir). Sales-house-nin müştəriləri videoreklamları lisenziyalı məzmunda istifadəçi kimi yerləşdirə bilərlər. Videoreklamların (CPM) minlərlə göstəricisinin baza dəyəri 24 dollar təşkil edir, bundan başqa, müxtəlif mövsumi əmsallara da müraciət olunacaq.
RuTube-nin baş direktoru Mixail İliçev: “Bizim çıxdığımız ilk xarici bazar Moldova oldu, orada keçən ildən bəri “Alkasar” qrupu uğurlu şəkildə bizim videoreklam trafikini satır”. Hələ ki, MDB məkanında bizim reklam imkanlarımızın həyata keçirilməsindən əldə olunan illik gəlir milyon dolları ötmür. Ancaq biz MDB ölkələri bazarına perspektiv yanaşırıq, belə ki, RuTube videotrafiki stabil olaraq inkişaf edir. Təkcə Qazaxstanda il ərzində bizim istifadəçilərin sayı demək olar ki, iki dəfə artıb”.