Sözün əsl mənası mənə də qaranlıqdır. Bəlkə bunu türklərin “nə akla hizmət” sözü ilə əvəz etsək yerinə düşər. Ancaq yenə də mən buna əndrabadi deyəcəm. Allah xasiyyətimi kəssin neyləyim. Dilimə düşüb. Səbriniz çatıb yazının davamını oxusanız nə demək istədiyimi biləcəksiniz. Gündəlik həyatda olduğu kimi iş həyatında da bu nümunələrlə rastlaşırıq. Müxtəlif nədənlərlərdən qaynaqlana bilər. Amma hər nədən qaynaqlanırsa qaynaqlansın bunu təmsil edənlər əsas müəlliflərdir.
Yazıçı olmaq istəyənlər yəqin ki, müvafiq janrda əsərlər oxumalıdırlar. Çünki mütailə etməklə həm söz ehtiyyatını artıra, həm də ilham ala bilərsən. Heç nə də olmasa ən azından həmin janrda öz dəsti xəttini yarada bilərsən. Bu yəqin ki belədir. Əlbətdə desəm ki, ilk öncə yazacağın dilin hərflərini öyrənməlisən, güləcəksiniz. Odur ki, deyirəm gülün
Son bir həftədə qarşılaşdığım bir neçə hadisədən qısa təfsilat yazacam ki, bir də güləsiniz. Ancaq bu yazacaqlarım gülməli deyil. Yəni bunu da deməmiş olmayım. Bəzən müxtəlif kosepsiyaların hazırlanmasına cəlb olunuruq. Marketinq nümayəndəsinə çox sadə bir sual verdik. Sizin müştəriləriniz kimdir? Müştərinizin profilini təsvir edə bilərsinizmi? Layihənin sonunda müştərinizdən hansı davranış gözləyirsiniz? Bu mühümdür. Çünki icraçı olaraq bizdən nə istədiyinizi və bəzən nəyi istəmək istədiyinizi də bilməliyik. Başqa sözlə desək (amma təbii ki, demirik) ay atam, ay qardaşım, və s. təxminən nəzərdə tutduğun 15 000 AZN-i pulun qarşlığında nə almaq istəyirsən?
Hər işin başı araşdırmadır. Düzdü ağıllı fikirləşənəcən dəli vurub çayı keçir. Amma bəlkə bu səbəbdən ona dəli deyirlər? Mümin Sekmandan bir misal yadıma düşür bu məqamda. Avropalılar düşünür sonra edir, Afirkalılar edir sonra fikirləşir ki, biz nə etdik? Türklər isə, karvan yolda düzələr deyib işə başlayırlar. Biz də eləyik. Adi beyin fırtınası belə kömək edə bilər.
İdeya parıldaya bilər ancaq qızıl olmaya bilər axı. Bəzən bəsit araşdırma belə kifayətdir. Başa düşürəm ki, hər zaman araşdırma şirkətlərinə yetəcək büdcə olmaya bilər. Ancaq elə məqamlarla üzləşirsən ki, bunu öyrənmək üçün geniş miqyaslı araşdırmaya ehtiyac olmur. Bəzən sadəcə rəqiblərə baxmaq kifayət edə bilər. Marketiqlə məşğul olan adam kabinet adamı olmamalıdır. Istər təğyiri libas, istərsə də öz libasında insanların, potensial müştərilərin arasında olmalıdır. Müşahidə edə bilməli, boşluqları, ehtiyyacları müəyyən edə bilməlidir. Mütailə yaxşıdır ancaq təcrübə hər zaman daha yaxşıdır.
Media – tərcümədə daşıyıcı deməkdir. Biz bunu informasiya daşıyıcısı kimi başa düşürük. Sadə dildə desək, Sizin vermək istədiyiniz məlumatı kiməsə çatdırır. Anlamaq lazımdır ki, müştəri hermetik mühitdə yaşamır. Niyə bu və ya digər medianı istifadə etməli olduğunuzu bilməlisiniz. Xüsusilə saytların istifadəçilərinin sizin müştəriləriniz davarnışına müvafiq davarnıb davanmadıqları barədə təsəvvürünüz olmalıdır. Sizə media xidməti təqdim edən qurumlardan müvafiq analitikaları istəyəcək səriştəyə sahib olmalısınız.
Marketing satışa dəstək üçün aparılan insan fəaliyyətidir. Şirkət satmalıdır. Çünki onun mövcud olma fəlsəfəsi bunun üzərində qurulub. Marketinqlə məşğul olan istənilən şəxs istisnasız olaraq bu 3 şeyi bilməlidir. Nə satıram, kimə satıram və necə satıram? Əvvəlcə satdığınızın DİREL yoxsa DİVARDAKI DƏLİK olduğu barədə qərar verməlisniz. Yoxsa etdiyiniz hər şey əndarbadi olacaq.