Dünən bir dostumla Sosial Media Marketinqi Strategiyası mövzusunda apardığımız müzakirələrdən sonra fikrimi bloqumda paylaşmağı qərara aldım. İlk növbədə deyim ki, SMM təkcə Facebook, Instagram, youtube, twitterə post qoyub like toplamaqladan ibarət deyil. SMM şirkətin Marketinq fəaliyyətinin əhəmiyyətli hissəsidir. Bu yazımda diqqətinizi sırf Sosial Media kontentinə çəkmək istəyirəm.




Sosial media kontentiniz Sizin PR strategiyanıza uzlaşmalıdır



Yaratdığınız məhsulu ictimaiyyətə necə çatdırırsınız? Siz bilirsiz ki, bu məhsulun xüsusi özəlliyi nədir və onu necə çatdırmaq lazımdır. Həmin özəlliyə fokus olunması üçün görsəl və mətn hazırlayırsınız. İstifadə edəcəyiniz marketinq kanallarını, istər ənənəvi, istərsə də digital olsun eyni istiqamətdə hazırlayırsınız. Sosial şəbəkələrdə olan səhifələr də Rəqəmsal Marketinq kanalıdır. Özünüz və ya outsource etdiyiniz şirkət məhz Sizin strategiyanızla uzlaşmalıdır. Belə ki, PR planı tərtib edəndə paralel SM planı da ən azı 2 həftəlik təyin etməlisiniz. Planı yazanda nəzərə alın ki:



Keyfiyyət kəmiyyətlə ölçülmür


24/7 onlayn olmaq, məhsuldarlıq demək deyil.


1. Sosial şəbəkənin verdiyi bütün imkanlardan istiadə etmək lazımdır. Nə qədər şəkil paylaşmaq olar? Biraz dəyişiklik edin. Video, gif formatdan istifadə edin, Sorğular, müsabiqələr keçirin. Platformanın verdiyi imkanları işləyib, yoxlayın. Başqalarını gözləməyin, ilk edən qazanır. İzləyicilərdə səhifə asılılığı yaratmaq lazımdır. Onun xəbər lentində çıxmaq üçün seçilməlisiniz. Seçilməsəz bir gün bezib unlike edəcək.Unutmayın ki, nə dediyiniz deyil, necə dediyiniz önəmlidir. Kontent izləyicilərin problemlərinin həllinə yönəlməli, onların maraq dairəsində olmalıdır.



Məsələn, https://www.facebook.com/animertv/videos/1166436360039096/



2. Ünsiyyət qurun, bütün rəyləri cavablandırın. Səhifədə yazılan bütün rəyləri cavablandırmaq lazımdır. Siz nə qədər səmimi olsanız, bir o qədər seviləcəksiniz. Səhifədə rəy yazıla biləcək hər yeri yoxlamalısınız. Məsələn, postu share edib mətn hissəsində rəy yazan izləyicilər var. Açıq olan səhifələrdə Sizin təşəkkür etməniz və ya sualına cavab yazmanız izləyicinin loyallığını artırır. Postu paylaşmağı Sizin xeyrinizədir də düzdü? Mesajınız daha çox adama çatır, 1 təşəkkürü çox görməyin. Komandada seçin ki, kim hansı tipli sualı cavablandırmalıdır. Məsələn, müharibə vaxtı banklara verilən sualı printscreen edib paylaşmışdılar. 1 cavab reputasiyanı təhlükəyə sala bilər.



3. Kommentləri silməyin, block etməyin. Egonuzu bir kənara qoyun, Siz şirkətin simasısınız. Səhifədə mənfi kommenti silmək izləyicinin qəzəbini artırır. Siz ona düzgün cavab verməklə onu müsbət keysə çevirə bilərsiniz. Bu arada cavab verəndə öz adınızdan deyil, şirkət adından cavab verdiyinizi də unutmayın. Müştərilər Bizi tərifləməyə borclu deyillər, çünki xidmətimizə görə pul ödəyirlər və müştərimiz olurlar. Biz onlara xidmət etməyə borcluyuq, çünki biz onların hesabına əmək haqqı alırıq.



4. İzləyiciləri təəccübləndirin və sevindirin. Kim xoş sürprizi sevmir? Səhifənizdəki postları paylaşanları, rəy yazanları qiymətləndirin. Hər zaman deyil, bəzən müxtəlif tipli müsabiqələr edib, pulsuz nəsə vermək, yazdıqları rəylərə fərdi yanaşmaq, onları müsbət tərəfə təəccübləndirmək lazımdır. Müsabiqənin şərtini yazanda diqqətli olun. Unutduğunuz kiçik məqamlar sonra çətinlik yarada bilər. Sonradan dəyişiklik etməyin, bu daha çox mənfi gətirir.



Möhtəşəm cavab




5. Birgə layihələr edin. Bu layihələr hər iki tərəfin maraqlarına uyğun hazırlanır və hər iki şirkətin səhifəsində aktivliyi təmin edir. Beləliklə Siz təkcə öz izləyicilərinizlə deyil, həm də digər şirkətin izləyiciləri ilə ünsiyyət yarada bilirsiniz.



6. Gündəmə uyğunlaşın. Şirkətin reputasiyasını qorumaq şərtilə, gündəmdə olan məsələlərə rəy bildirin. İzləyicilərimiz potensial müştərilərimizdir. Onların yanında olduğumuzu onlar bizdən soruşmadan hiss etdirməliyik.



"Lafarella"nın "1news.az"ın FB səhifəsində keçirdiyi müsabiqə




7. Komanda şəklində işləyin. Bu ən vacib məqamdır. Kontenti yaratmaq, rəyləri cavablandırmaq, effektivliyi ölçmək, KPİ yoxlamaq və s. üzrə məsul əməkdaşlar olmalıdır. İş bölüşdürülməsə, səlahiyyət verilməsə daima "zamechaniya" olsa heç bir əməkdaşımız işini mənimsəməyəcək. Verdiyimiz qərarları onlarla paylaşmasaq eyni hədəfə getməyəcəyik. Bu biraz xarakter məsələsidir amma Siz yenə də fikir verin ki, komandanız həyəcanı itirməsin.



Bu bəndləri reallaşdırarkən nəzərə almalıyıq ki, bütün bu imkanlar Bizə izləyiciləri bezdirmə ixtiyarı vermir. Ona görə də maneralarımıza fikir verməli, spamdan uzaq olmalıyıq.



İstənilən iş nəticə vermək üçün vaxt, enerji və yaradıcılıq tələb edir. İşinizi sevin, başqalarının uğuruna sevinin:)



Vaxt ayırdığınız üçün təşəkkür edirəm. Növbəti yazımda Sizə effektivliyin ölçülməsindən və "KPİ"dan danışacam.