Təzəlik - balıq və dəniz məhsullarında ixtisaslaşmış hər bir restoranın müvəffəqiyyətinin təminatıdır. Birləşmiş Ərəb Əmirliyində belə restoranın birinin marketoloqları məhsullarının təzəliyini nümayiş etdirmək üçün qeyri adi üsula əl atıblar.



Belə ki, nüfuzlu "Barracuda" balıq restoranı Horizon FCB Dubai agettliyi ilə birgə restoran yaxınlığında, sahildə yerləşdirilmiş orijinal bilbord hazırlayıblar. Onlar reklam lövhəsinin üzərinə yeməli təzə balıq şəkli həkk ediblər. Şəkil təzə balıq yapışqanı və yeməli mürəkkəbdən ibarət xüsusi kağızdan hazırlanmışdır. Qağayılar da “təzə balığı” tezliklə yeyərək, həmin restorandakı balıqların təzə olduğunu sübut ediblər.