Uşaqların müdafiəsi günündə böyüklər diqqətdən kənar qalmayacaq. Mothercare brendi 20%-lik endirim kampaniyasını onlara həsr edir. Aksiya iyunun 1-dən başlayaraq, 3 gün davam edəcək. Brend bu diqqəti böyüklərin daşıdığı valideyn məsuliyyəti ilə izah edir.

Uşaqların müdafiəsi məsuliyyəti ilk növbədə valideynlərin üzərinə düşür. Mikroblardan, istidən, soyuqdan, zərərli vərdişlərdən, pis mühitdən uşaq müdafiə etmək valideyndən hər an ayıq-sayıq olmağı tələb edir. Körpə bələyindən tutmuş, məktəb seçiminədək hər şeyin ən yaxşısını tapmaq istəyi ata-ananı daim axtarışda olmağa məcbur edir. Keyfiyyəti sınanmış adlar, təcrübəli valideynlərin dedikləri burada köməyə gəlir.

Bütün dünyada anaların etibar etdiyi Mothercare brendi valideyn yükünü asanlaşdırmağa yönəlib. Mothercare keyfiyyətli, təhlükəsiz, komfortlu, optimal düşünülmüş dizaynla və qayğı ilə yaradılmış məhsulları ilə güvən qazanıb. Brendi fərqləndirən xüsusiyyətlərdən xalis təbii materiallardan istifadəni, körpə geyimlərində tikişlərin üz tərəfə salınmasını, dizaynların hər yaşa uyğun tərtibini, uşaq arabalarının çoxfunksiyalılığını və başqalarını göstərmək olar. Buna görə də Mothercare brendini seçmək valideynlər üçün üzərlərinə düşən qayğını hiss edilə biləcək qədər azaltmaqdır.

Qeyd edək ki, Mothercare brendi 1961-ci ildə Böyük Britaniyada təsis edilib. Brend analar və uşaqlar üçün lazım ola biləcək hər şeyi bir yerdə təklif etmək ideyasından yaranıb. 52 ölkədə 1000-ə yaxın mağaza ilə Mothercare bu sahədə dünya lideridir. Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərən Mothercare Bakıda 4 böyük mağaza ilə təmsil olunur.