Həyatımız getdikcə rəqəmsallaşır. Rəqəmsal platformalarda müştəri davranışlarını izləmək, təhlil etmək və həmin davranışlar əsasında marketinq fəaliyyətini qurmaq biznesimizin bugünü və gələcəyi üçün vacibləşir. Bu fəaliyyəti düzgün aparmaq üçün daima öz üzərinizdə işləməli və yeniliklərdən xəbərdar olmalısınız.



Digital AIR Rəqəmsal marketinq üzrə ixtisaslaşmanız üçün Sizə yeni proqram təqdim edir. Sentyabr ayının 2-dən etibarən praktiki Rəqəmsal (Digital) Marketinq təlimləri başlayır. Təlimlər 1 ay ərzində, saat 19:00 – 21:00 aralığında Dəmirçi Tower-də keçiriləcək.



Təlimdə iştirak edənlər Rəqəmsal Marketinqlə bağlı tam proqramı mənimsəyəcək və bu sahədə peşəkar mütəxəssis kimi formalaşacaq. Digital AIR proqramı üzrə siz Rəqəmsal marketinq alətləri, Sosial media marketinqi, internet reklamları, Google AdWords, Affiliate Marketinq, SEO, SMO və digər mövzular üzrə yerli və beynəlxalq təcrübəni, beynəlxalq təcrübənin lokal bazara adaptasiyasını və texnoloji yeniliklər haqqında praktiki biliklərini artıracaqsınız.



Kimlər iştirak edə bilər: Yerli şirkətlərdə satış, marketinq, reklam, PR sahəsində çalışan menecerlər, kiçik və orta sahibkarlar, bu sahədə karyerasını inkişaf etdirmək istəyən hər kəs iştirak edə bilər.



Necə iştirak etmək olar: Təlimdə iştirak etmək üçün https://goo.gl/BSpjlr daxil olaraq qeydiyyatdan keçmək lazımdır.



Digital AIR təlimləri ərzində Aysel Cəbrayılova (Digital Marketing Conference həmtəsisçi), Pərviz Əzimov (Technol - marketinq direktoru, “Rəqəmsal Marketinq – Bələdçi” kitabının müəllifi) və öz sahələri üzrə ixtisaslaşan yerli mütəxəssislər təcrübəsini iştirakçılarla paylaşacaq.



Təlimdə iştirak haqqı: 100 AZN


Əlavə məlumat üçün Digital AİR ( https://www.facebook.com/Digitalmarketingair/?fref=ts ) səhifəsinə yaza bilərsiniz.


Tel: +994 50 785 85 65