İyunun 20’dәn SMM (Sosial Media Marketinqi) tәliminә start vermişik. Tәlimin 2’ci günündә “Araşdırma & Strategiya” mövzusundan danışırdıq, növbәti dәrsimiz “Mәzmun yaradılması” olacaqdı. Dәrsin başlamasına 10 dәqiqә qalmış Socialmediatoday.com saytından emailimә yeni xәbәr gәldi ki,Tvitter paylaşdığımız videonun müddәtini 30 saniyәdәn 140 saniyәyә artırıb.



Tәsәvvür edin, 3’cü dәrsin slaydları artıq hazırdır, hәmin dәrsdә Tvitterin 30 saniyәlik videoları üzәrindәn mövzular danışacaqdıq. Amma artıq mәn sabaha qәdәr tәqdimata dәyişiklik etmәli, 30 yox, 140 saniyәlik videodan, onun üstün vә mәnfi tәrәfindәn danışmalı, bu dәyişikliyin hansı effekt verә bilәcәyi barәdә araşdırmalıyam.



Tәlimin ilk günü 9 dәrslik proqramla iştirakçıları tanış edәndә demişdim ki, tәlimin sonunadәk yeni trend yaranmasa, ciddi dәyişikliklәr olmasa tәllimin proqramı ekranda gördüyünüz kimi davam edәcәk. Onu deyәndә hamımız gülmüşdük, amma dünәnki bu hadisәdәn sonra aydın oldu ki, bunu zarafata demәmişdim :)



TRENDLƏR DƏYİŞİR, HƏM DƏ ÇOX SÜRƏTLƏ!


Bәli, rәqәmsal marketinq, xüsusәn sosial media marketinqi çox dinamik, sürәtlә dәyişәn sahәdir. Sosial şәbәkәlәrin qurucuları bir-birilә daima rәqabәtdәdirlәr, çünki rәqibin tәtbiq edәcәyi bir yeniliklә o, milyardlıq biznesinin çöküşünü izlәyә bilәr. Bu baş vermәsin deyә bütün sosial şәbәkәlәr sistemi daha rahat, daha sadә, daha faydalı etmәk üçün mübarizә aparırlar.



Bu dinamiklik sosial media ilə məşğul olanlar üçün hәm yaxşı, hәm dә pisdir. Ona görә yaxşıdır ki, tez-tez dәyişәn sosial media sizә yeni imkanlar, yeni tәrz, yeni format yaratmağa imkan verir. Yeni istifadәyә verilәn funksiyalardan düzgün istifadә etmәklә siz daha effektiv nәticәlәr ala bilirsiniz (çünki sosial şәbәkәlәrdәki hәr bir yenilik 1) istifadәçilәrin, 2) biznes sahiblәrinin rahatlığı, effektiv ola bilmәlәri üçün edilir.).



Bu, hәmçinin tәnbәl mütәxәssislә peşәkar mütәxәssisi fәrqlәndirmәk üçün baş verәn “tәnzimlәmә prosesi”dir. Әgәr mütәxәssis trendlәri izlәyәn, baş verәn dәyişikliklәrә operativ reaksiya göstәrә bilәndirsә, bu dәyişikliklәr ona maneә deyil. Әksinә, biznesi böyütmәk, hәmçinin öz sahәsindә daha da inkişaf etmәsi üçün imkandır.



Yox әgәr sizin tempiniz rәqәmsal dünyanın inkişaf tempinә çatmırsa o zaman bu dәyişikliklәr sizi zәiflәdәcәk, gücsüz edәcәk. Trendləri izləmək üçün isə, bu sahədə yazılan bloq yazılarını, araşdırmaları, foto-video məzmunları operativ izləmək lazımdır.