Twitter platformasında son aylar müşahidә edilәn zәif inkişaf tempi Cek Dorsini çevik addımlar atmağa mәcbur edib. Bir müddәt öncә trend məlumatları izləməyə yardım edən “Moments” funksiyasını təqdim etdi, Direct message” (DM) hissәsindә simvol limiti ləğv etdi, Ana səhifədə çıxan tvitlərə yeni alqoritm tətbiq etməyə başladı.



Bunlarla kifayətlənməyən Twitter komandası daha 4 yenilik barədə məlumat yayıb. Qeyd edilən yeniliklər istifadəçilərin bu platformadan istifadəsini daha rahat və effektiv etməyə hesablanıb.



Qeyd edilən 4 yenilik:


  • Tvitə əlavə edilən link, foto, video kimi məzmunlar simvolu “yeməyəccək”. İndiyədək paylaşılan tvitə əlavə olunan hansısa link, foto, video, GIF və s. formatlı kontent 23 simvol olaraq hesablanırdı və istifadəçi 117 simvol yaza bilirdi. Artıq əlavə olunan kontentə görə simvol hesablanmayacaq, yəni siz şəkil paylaşaraq 140 simvoldan ibarət tvit yaza biləcəksiniz.
  • @mention’la başlayan tvitlər hər kəsə görünəcək. Tvitter-də istifadəçi adını yazmaqla başlayan tvitlər bütün izlәyicilәrin ana sәhifәsindә görünәcәk.
  • “Reply” zamanı yazılan istifadəçi adı da simvol “yeməyəcək”. Artıq tvitə cavab verərkən yazdığımız istifadəçi adına görə simvol çıxılmayacaq və biz “reply” edərək 140 simvolla cavab yaza biləcəyik.
  • Öz tvitlərinizi “Retweet” edə biləcksiniz. Nə vaxtsa paylaşdığınız tviti yenidən önə çıxarmaq istəyirsinizsə o tviti RT (yenidən paylaşmaq) edə biləcəksiniz. “Up” yazmağa ehtiyac yoxdur daha :)


Qeyd edilən yeniliklərın yaxın aylarda aktivləşəcəyi bildirilir. Yəqin ki, Azərbaycanda ABŞ və Avropaya nisbətdə biraz gec gəlib çatacaq, amma hər halda bu yeniliklər istifadəçilərə xeyli rahatlıq verəcək.