Deyəsən bütün dünyada McDonald’s-ın yolunu daha yaxşı göstərirlər, nəinki muzeyin! Nəhayət ki, bu faktı reklamda da nümayiş etdirmək qərarına gəldilər.


“Cossette” – Kanada reklam agentliyinin işçiləri dünya səyahətinə çıxmaq və dəfələrlə ən yaxınlıqda yerləşən McDonald’s restoranının yerini qarşılaşdıqları insanlardan soruşmaq qərarına gəldilər.


Onların bu araşdırması reklam çarxı şəklində çəkildi və aydın oldu ki, artıq McDonald’s brendi bütün dillərdə başa düşülən bir beynəlmiləl sözə çevrilib. Müxtəlif ölkələrin yerli sakinləri turistlərə yaxınlıqdakı muzeyə və yaxud aptekə necə getmək olduğunu belə aydın izah edə bilməzdi. Ancaq yaxınlıqdakı McDonald’s- a gedən yolu hər kəs özünə inamlı şəkildə göstərə bilər.


Budur, həqiqi əhatə şəbəkəsinin genişləndirilməsi!