Pul yəqin bugün yeqanə cavanlıq eliksiridir. Ən azı, Forbes yeni reklam kampaniyasında belə hesab edir.
Dünya şöhrətli biznes jurnalı olan Braziliya Ogilvy ofisinin köməyi ilə növbəti reklam kampaniyasında gözlənilməz həqiqəti açdı. Məlum oldu ki, öz tarixi boyunca dollar cavanlaşırmış! Daha dəqiqi dolların üzərində təsvir olunmuş Franklin, Linkoln və Cekson kimi görkəmli şəxsiyyətlər cavanlaşırmış.
Yaradıcı insanlar bank qeydlərinin tarixini təqib ediblər və bunun əsasında alınmış izlərdən çox gözəl məlumatlar yaradaraq parlaq şüar təqdim ediblər - "Pul sizi cavanlaşdırır!"