Çox məşhur bir deyim var. Hansı ki, uğursuzluqlarımızın səbəbini tapmaq üçün ən ideal metod olaraq təklif olunur tez-tez. O da budur ki, bir problem varsa, güzgüyə bax səbəbkarı orada görəcəksən. Bu doğru olmaqla yanaşı, bir çox hallarda çox təhlükəlidir.
Çünki, bu tövsiyyənin əsas mesajı budur ki, həyatındakı bütün mənfiliklər üçün sadəcə özünü günahlandır. Bu məsləhətin faydası olduğu kimi, həm də, çox təhlükəlidir. Səbəb isə, bunu edən insanların özlərini günahlandırmaları, tənqid etmələridir.
Bir çox hallarda da, bu günahlandırmalar özünü dəyərsiz hiss etməyə, bacarıqlar, istedadlar və bilik baxımından özünü digərlərindən aşağı, geridə görməyə və zamanla bir daha cəhd etməməyə səbəb olur. Yəni, çətinliklər qarşısında təslimiyyət bayrağını qaldırmış olaraq keçəcək və bitəcək, israf olunmuş bir ömrə.
Amma, biz yanaşmamızı dəyişsək və təkrar uğursuz olmadan qorxmasaq bu tələyə düşməyəcəyik. Uğursuz olduğumuzda bunun təkrarlanmaması üçün, sadəcə güzgüdə gördüklərimizlə kifayətlənməyəcəyik. Yəni, daha sistematik, disiplinli və soyuqqanlı bir şəkildə analiz edəcəyik ədlə etdiyimiz nəticələri.
Bu analizlər zamanı isə, faktlara baxacağıq sadəcə. İlk olaraq lazımlı bütün datanı toplayıb bundan sonra səbəbin axtarışına başlayacağıq. Yəni, sadəcə özümüzü günahlandırmaqla yetinəcək qədər saf olmayacağıq.
Diqqətlə sorğulayacağıq uğursuzluğumuz,
a) yetəri qədər bilik sahibi olmamağımızdan.
b) istifadə etdiyimiz metodlardan.
c) strategiyamızdan.
d) təyin etdiyimiz son tarixin realist olmamasından.
c) enerji səviyyəmizin yetərli qədər yüksək olmamasından.
d) köhnə vərdişlərimizdən.
e) diqqətimizi idarə etməməkdən.
və ya başqa bir və ya, bir neçə səbəbdənmi oldu?
Səbəblər ilk ağlımıza gələnlər olmayacaqdır. Bunun üçün də, hisslərimizin zehnimizi buludlaşdırmasına izin vermədən labaratoriyadakı bir elm adamı kimi nəticələrimiz üzərində sorğulamalar etməliyik.
Biz əgər məğlubiyyətlərimizə bucür yanaşsaq , və yenidən cəhd edib hər arzuolunmaz nəticədən sonra sadəcə özümüzü günahlandırmaqla kifayətlənməsək. Daha çox vaxt alan, disiplin tələb edən, şikayətlənməyi, deyinməyi bizə qadağan edən bu metodu tədbiq etsək, o zaman daima yeni cavablar tapcağıq. Bu tapacağımız cavablar vasitəsilə də, növbəti mərhələyə yüksələcəyik və bu proses durmadan təkrarlanacaq. Yəni, davamlı olaraq MÖHTƏŞƏMLİYİMİZƏ doğru səyahət halında olacağıq.
Bunun üçün də, əsla güzgüdə gördüklərimizlə kifayətlənməyəcəyik. Güzgüdə görə bilmədiklərinizi tapmağa və onlar üzərində işləməyə çalışacağıq.
Edə biləcəklərimiz Edisonun dediyi kimi, gördüyümüz, şahid olduğumuz halda öz ağlımızı belə təəccübə salacaq qədər böyükdür. Bunu reallaşdıra bilmənin yolu da, ən versiyamızın səhnəyə çıxmasıdır.
Möhtəşəmliyimizə söz haqqı verilməsi labüddür. Və möhtəşəm bizim arenaya çıxması isə sonugəlməyən bir prosesdir. Limitimiz bizə məchuldur. Əldə etmiş olduqlarımız, edə biləcəklərimizə müqayisə bilə edilməyəcək qədər cılızdır. Cılız nəticələrlə öyünmək isə hisslərinə qapılmaq, bir uşaq kimi baxmaqdır həyata.
Sizin də, artıq möhtəşəmliyinizin sədasını duymaq üçün səbirsizləndiyinizi bilirəm. Bunun üçün də, artıq qorxmayın uğursuzluqlardan. Və kifayətlənməyin güzgüdə gördüklərinizlə. Bundan sonra güzgüdə görə bilmədiklərinizi görməkdir hədəf. Və təkrar – təkrar test etmək, yoxlamaq, cəhd etməkdir. Burada da, qalmamaq. Bunların hər birindən öyrənməkdir.
Yanıltmac kimi olacaq amma, yazmalıyam bunu.
Çox darıxıb sizin üçün, möhtəşəm siz.
Sizcədə, bu möhtəşəm görüş üçün gecikmirsinizmi?