Azərbaycanda istehsal olunan reklamların qrafik-dizayn baxımından tədrisi və reklam bazarına çıxarılan məhsulların imicinin formalaşması əsasən PR, marketinq və reklam işi ilə bağlıdır. Məhsulun şəhər mühiti, televiziya, radio və KİV-lərə istehlakçı tərəfindən çıxarılması və onun təbliğatı istehlakçıları daha çox bazar iqtisadiyyatı ilə bağlayır. Məhsulun şəhər mühiti, televiziya, radio və KİV-lərə istahlakçı tərəfindən çıxarılması və onun təbliğatı istehlakçıları daha çox bazar iqtisadiyyatı ilə bağlayır. Reklam bazarında brendin hərəkəti, əsasən reklamverici (istehlakçı) reklam agentliyi, reklam istehsalçısı və reklamın yayıcısı tərəfindən təşkil olunur. Brendin istehlakçıya satışı gözə görümlü, rəng qrafikası, qablaşdırılması, dünya standartlarına uyğun bazar axtarışı və məhsulun satışı üçün hansı sektor və seqmentin seçilməsi çox aktual məsələlərdir. Reklam dizayneri qrafik dizayn axtararkən psixologiyanı, erqonomikanı, koloristikanı, rəsm- rəsmxətti bilməlidir. Bu vahid reklam dizaynının təfəkkür və əl hərəkətlərindən çıxması üçün əsas istiqamətlərdəndir. Bundan sonra tapılmış ideyanın tətbiq olunan proqramlar vasitəsilə həll etmək olar. Çoxları elə başa düşür ki, memar, dizaynerlər kompüterin düyməsini basmaqla çoxlu sayda layihələr ala bilərlər. Amma bu düşünülən kimi deyil. Qədimlərdən bu günə qədər insan təfəkkürü öndə olmuş və hər bir sahənin inkişaf etdirilməsində düşüncə böyük imkanlara malik olmuşdu.
Hər hansı brendin reklamları elektron vasitələrlə, radiolarda, KİV-lərdə, şəhər mühitində, nəqliyyatda, direkt reklamda və s. reklam yayıcılarının vasitəsilə istehlakçıya çatdırılır. Reklamın düzgün, təsiredici və rəng baxımından effektli olması zamanı satılan əmtəə istehlakçısı tərəfindən tez qavranılır və çoxsaylı satışı artır.
Biz niyə xaricdən gələn malları dizayn quruluşuna görə seçirik? Çünki xaricdən gələn məhsulun brend və kreativ baxımından alıcıya təsir edə biləcək qablaşdırma, etiket rəng koloristikası, şrift, aksizlər və s. metodlar satışa çıxarılan məhsula gözə gəlimlilik effekti yaradır. Azərbaycanda əmtəənin xarici bazarlara çıxarmaq üçün həm millilik və həm də beynəlmiləl tərtibat üsulu seçilməlidir. Bu da məhsulun reklam dizaynında böyük rol oynayır. Reklam dizaynında: qablaşdırma çox effektli formalarla işlənmişdir.Rəng koloristikası hər bir bölmələr, ölkələr, insanların qavrama və görmə imkanlarına uyğunlaşdırılmışdır. İsti ölkələr soyuq rənglərə, soyuq öləkər isə isti rənglərlə marketinq aparmaq hər bir sektor seqment üzrə əmtəəni paylamaq olar.
Şrift, aksizlər müasir reklam dizaynı köməyilə bazar iqtisadiyyatı baxımından satışın təsirini gücləndirir. Şriftlərin düzgün seçimi etiket və aksiz markaların qablaşdırma zamanı bir kompleksə baxmaq lazımdır. Bundan sonra məhsulun reklam yayıcıları ilə tanıdılması və effektli reklam vasitələrinin köməyilə istehlakçıya çatdırmaq lazımdır.
Amalya Zülfüqarova