Elm və Texnologiya Baş İdarəsinin 23-cu konfransında qəbul edilən
"Universitetlərdə innovasiya və təşəbbüskarlığın təşviqi məqsədiylə siyasət
vasitələrinin inkişaf etdirilməsi" qərarı çərçivəsində Türkiyədə ilk dəfə 2012-ci ildə
TÜBİTAK tərəfindən Təşəbbüskar və Yenilikçi Universitet indeksi hazırlanmışdır.
İndeks, universitetləri təşəbbüskarlıq və yenilikçilik performanslarına görə
sıralayaraq, universitetlərarası təşəbbüskarlıq və yenilikçilik sahəsində rəqabətin
artmasına və təşəbbüskarlıq ekosisteminin inkişafına təkan verir.
Təşəbbüskar və Yenilikçi Universitet indeksi universitetlərdə təşəbbüskarlıq
və yenilikçilik fəaliyyətlərinin təşviq edilməsi məqsədi ilə hazırlanır. Bu səbəbdən
bu indeks universitetlərin təhsil keyfiyyətinə görə sıralandığı siyahı və ya ən
müvəffəqiyyətli universiteti ortaya qoyan bir sıralama hesab olunmur. Bu siyahı
universitetləri təşəbbüskarlıq səviyyələrinə görə sıralayır.
Məlumat toplama prosesində TUBİTAK-a YÖK (Ali Attestasiya
Komissiyası), Elm, Sənaye və Texnologiya Nazirliyi, Universitetlər, TPE (Patent
İdarəsi), İqtisadi İnkişaf Nazirliyi, KOSGEB (Kiçik və Orta sahibkarlara dəstək
fondu), TTGV (Türkiyə Texnologiya İnkişaf etdirmə Vəqfi) və TÜBA (Türkiyə
Elmlər Akademiyası) dəstək vermişdir.
Təşəbbüskar və Yenilikçi Universitet indeksi 5 istiqamətdən ibarətdir. Bu
istiqamətlər özündə 23 göstəricini birləşdirir.
İstiqamət 1: Elmi və Texnoloji Araşdırmaların səviyyəsi
(Xüsusi çəki : 20%)
1.1. Elmi nəşrlərin sayı
1.2. İstinadların sayı
1.3. Tədqiqat və inkişaf (Tə-İn) və innovasiya dəstək proqramlarından qrant
almış layihələrin sayı
1.4. Tə-İn (tədqiqat və inkişaf) və innovasiya dəstək proqramlarından
qazanılmış məbləğ
1.5. Milli və beynəlxalq elm mükafatların sayı
1.6. Doktoranturadan məzun olanların sayı
İstiqamət 2: Əqli Mülkiyyət Hovuzu
(Xüsusi çəki: 15%)
2.1. Patent müraciətlərinin sayı
2.2. Patent şəhadətnamələrinin sayı
2.3. Faydalı model/sənaye dizayn sənədlərinin sayı
2.4. Beynəlxalq patent müraciətlərinin sayı
İstiqamət 3: Əməkdaşlıq və inteqrasiya
(Xüsusi çəki : 25%)
3.1. Universitet-sənaye əməkdaşlığı çərçivəsində icra edilən Tə-İn (tədqiqat
və inkişaf) və innovasiya layihələrinin sayı
3.2. Universitet-sənaye əməkdaşlığı çərçivəsində icra edilən Tə-İn (tədqiqat
və inkişaf) və innovasiya layihələrinə cəlb edilən məbləğ
3.3. Beynəlxalq əməkdaşlıq çərçivəsində icra edilən Tə-İn (tədqiqat və
inkişaf) və innovasiya layihələrinin sayı
3.4. Beynəlxalq əməkdaşlıq çərçivəsində icra edilən Tə-İş və innovasiya
layihələrindən əldə olunmuş məbləğ
3.5. Mübadilə proqramlarında iştirak edən professor-müəllim və tələbələrin
sayı.
İstiqamət 4: Təşəbbüskarlıq və yenilikçilik mədəniyyəti
(Xüsusi çəki : 15%)
4.1. Bakalavr və magistr səviyyəsində təşəbbüskarlıq, texnologiya
menecmenti və innovasiya menecmenti fənlərinin tədris saatı
4.2. Texnologiya Transfer Ofisi, texnopark, inkubasiya mərkəzləri və
Texnologiya inkişaf mərkəzlərində tam ştat vahidi çalışan işçilərin sayı
4.3. Texnologiya Transfer Ofisinin varlığı
4.4. Kənardan dinləyici cəlb etməklə təşəbbüskarlıq, texnologiya menecmenti
və innovasiya menecmenti fənləri üzrə kursların sayı
İstiqamət 5: Əməkdaşlıq və inteqrasiya
(Xüsusi çəki : 25%)
5.1. Alimlərin texnoparklarda, inkubasiya mərkəzlərində, Texnologiya
mərkəzlərində səhmdarı və ya sahibi olduğu fəaliyyətdə olan firmaların sayı
5.2. Universitet tələbələrinin və ya son beş ildə məzun olanların
texnoparklarda, inkubasiya mərkəzlərində, Texnologiya mərkəzlərində səhmdarı
və ya sahibi olduğu fəaliyyətdə olan firmaların sayı
5.3. Alimlərin texnoparklarda, Texnologiya mərkəzlərində səhmdarı və ya
sahibi olduğu firmalarda işləyənlərin sayı
5.4. Sertifikat alan patent, faydalı model və ya sənaye dizaynlarının sayı
Dünyanın müxtəlif ölkələrində universitetləri dəyərləndirmək üçün bənzər
adlarla tətbiq edilən təşəbbüskar və yenilikçi universitet indeksi get-gedə daha çox
əhəmiyyət qazanır. Azərbaycanda hələlik bu indeks tətbiq olunmasa da sevindirici
haldır ki Azərbaycan Dövlət Aqrar Universitetində son illərdə “təşəbbüskar və
yenilikçi universitet” olmaq yolunda bəzi addımlar atılmağa başlanmışdır. Belə ki,
universitetin maddi-texniki bazası gücləndirilmiş, yeni laboratoriya və tədris-
təcrübə mərkəzləri yaradılmış, yeni kadrlar cəlb edilmiş, professor-müəllim
heyətinin müxtəlif yerli və beynəlxalq kurs, seminar və konfranslarda iştirakı təmin
edilmişdir. Menecment və marketinq ixtisaslarına bir ildir tədris edilən “Təşəbbüs
və işgüzarlıq” fənni tələbə və müəllimlərin böyük marağına səbəb olmuş və
növbəti tədris ilindən etibarən iqtisadiyyat və idarəetmə sahələri üzrə təhsil alan
bütün tələbələrə adı çəkilən fənnin tədris edilməsinə qərar verilmişdir. Bu
tədbirlərin davamı olaraq “Aqrobiznes inkubasiya mərkəzi”nin qurulması üçün
fəaliyyətlər başlanmışdır. ADAU-da Təşəbbüskar və yenilikçi universitetlərin
digər mühüm xüsusiyyətlərindən biri olan Differensial əmək haqqı sisteminə
keçilməsi üçün də müzakirələr başlanmış və müəyyən işlər görülmüşdür. Dünya
təcrübəsində, işçilərin əmək haqlarını onların xidməti fəaliyyət göstəricilərinə
əsasən müəyyən edən hər növ sistemə xidməti fəaliyyətin qiymətləndirilməsinə
əsaslanan əmək haqqı sistemi (ingiliscə-Performance Based Pay Systems və ya
Performance-related pay) adı verilir. Bu tip sistemlər əsasən işçiləri motivasiya
etmək və onların fəaliyyətini müəssisənin hədəfləri istiqamətində yönəltmək
məqsədi daşıyır[2]. Azərbaycanda da bu cür əmək haqqı hesablanması ilə bağlı
təcrübə var. Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi
Şurasının qərarı ilə təsdiq olunan “Azərbaycan Dövlət İqtisad Universitetində
professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan
differensial əmək haqqı sisteminin tətbiqi haqqında Qaydalar” təsdiq edilmişdir.
Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların
universitetdəki fəaliyyətinin üç əsas istiqaməti nəzərə alınmaqla həyata keçirilir: elmi
fəaliyyətlər (40%), tədris fəaliyyətləri (40%) və özünü inkişaf fəaliyyətləri (20%) [3].
Bütün bu tədbirlərin tezliklə öz bəhrəsini verəcəyinə və ADAU-nun ölkənin və
regionun öncül ali təhsil mərkəzlərindən biri olacağına inanırıq.
Ədəbiyyat
1. TUBİTAK Girişimci ve Yenilikçi Üniversite Endeksi Gösterge Seti
2. http://az.trend.az/azerbaijan/society/2454452.html
3. Zahid F. Məmmədov “Differensial əmək haqqı sistemi UNEC-də tədris,
elmi-tədqiqat və inzibati fəaliyyətin səmərəliliyini artıracaq”.
Fərrux Rəhimov – Menecment və aqrar marketinq kafedrasının assistenti,
Tələbə Elmi Cəmiyyətinin sədri.