Keçən həftə 25%-lik dəyər qazanan Bitkoin 10 min dolları keçərək 10 min 600 dollara çatıb.


Facemark.az xəbər verir ki, il sonuna qədər 10 min dolları keçəçəyini iddia edilən kriptovalyuta 2018-ci ili gözləmədən 10 min dolları həddini aşıb.


İnvestor və hökumətlərin sərt açıqlamaları, qadağalara baxmayaraq Bitkoin yüksəlişini dayandırmır və dəyər qazanmaqda davam edir.


Bitkoini yaxından izləyən digər kriptovalyuta Ethereum da azalmadan sonra 474 dollar səviyyəsində dayanıb.



Ümumilikdə, 1300-dən çox variantın olduğu virtual pul bazarının ümumi dövriyyəsi 310 milyard dollar səviyyəsinə çatıb.


Bitkoin bazar dəyəri “McDonalds” və “Disney” kimi şirkətləri də keçib.


Bəzi investorlar virtual pulun dəyərinin 2018-ci ilin sonuna 40 min dollara çatacağını müdafiə edirlər, digərləri isə Bitkoinin çöküş ehtimalının 80% olduğunu bildirirlər.