“Mail.ru Group”un əməliyyat direktoru Vladimir Nikolski «Медицина» klinkasının şərikinin oğlu Pavel Roytberqom ilə birlikdə “Doctor Smart” onlayn-konsultasiya xidmətini işə salır.
Facemark.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti yazıb.
Xidmətin istifadəçiləri terapevt, baytar, diyetoloq və başqa mütəxəssislərin köməyini ala biləcəklər.
“Doctor Smart” sertifikatlaşdırılmış diploma malik həkim və sınaqdan keçmiş klinikalar ilə əməkdaşlıq edəcək.
Gələcəkdə “Doctor Smart” analizlərin verilməsi xidmətini və fitnes zallar ilə əməkdaşlıq etməyi planlaşdırır.
Xidmətin baza qiymətləri 300-400 rubl təşkil edəcək. Xidmət 2018-ci ilin əvvəlində işə düşəcək. Layihənin sərmayəsi isə bir neçə milyon dollar təşkil edib.