Qiymət üstünlüyü və rahatlıq kimi səbəblərdən ötrü, insanların onlayn alış-verişə yönəldiyi inkar edilməz həqiqətdir.


Facemark.az Pazarlamasyon.com-a istinadən xəbər verir ki, onlayn alış-verişin bu qədər yüksəlişi, təbii ki, insanların “offlayn” mağazalara əvvəlki kimi getməməsinə səbəb olub.


Onlayn mağazalara üstünlük verməyən, trendə uyğunlamayan şirkətlərin iflas etməsinə səbəb olub. Bu isə ağıllarda bu sualı yaratdı? Offlayn mağazalar ölür?


“Business Insider”in apardığı araşdırmaya görə, 2017-ci ildə ABŞ-da müştərilər və satışların azalması nəticəsində 8053 mağaza bağlanıb. Əslində, diqqətçəkici məqam ondan ibarətdir ki, mağazalarını bağlayan şirkətlər ya iflas edib, ya da iflasın astanasındadır.


Ən önəmli pərakəndə markalarından biri olan “Toys R. Us.” şirkəti ABŞ-da hər-hansı mağazasını bağlamayıb. Amma bununla belə şirkət cari ilin sentyabr ayında iflas qoruma ərizəsi ilə adiyyatı orqanlara müraciət edib.


Nəhəng pərakəndə markasının 2018-ci ildə ABŞ-da 200 mağazasının bağlanılması gözlənilir.


Nəşr bu il ABŞ-da mağazalarını ən çox bağlayan şirkətlərin siyahısını hazırlayıb. Siyahının əvvəlində elektron əşyaların ən böyük pərakəndəçisi “RadioShack”dur. 2017-ci ildə şirkət 1430 mağazasını bağlayıb. Geyim mağazası “Gap Inc”. 200, “Michael Kors” isə 125 mağazasını bağlayıb.


Siyahıda yer alan digər geyim mağazası “Abercrombie & Fitch” isə 60 mağazasını bağlayıb. Başqa geyim mağazası olan “Guess” isə eyni sayda mağaza bağlayıb.


Pərakəndə satışlar sahəsində işlərin yaxşı getmədiyini göstərən xüsusiyyətlərdən biri də “pop-up” mağazaların açılmasıdır. “Pop-up” mağazalar sadəcə bir neçə gün, ya da bir neçə həftə, qısası müəyyən zaman aralıqlarında fəaliyyət göstərən mağazalardır.


Markalar “pop-up” mağazalarına üstünlük verir. Səbəb isə çox bəsitdir. Qiymətlərin sərfəli olması.


Nəticə olaraq bunu deyə bilərik ki, böyük pərakəndə şirkətləri yuxarıda da qeyd etdiyimiz kimi satış və müştərilərin az olması səbəbindən mağazalarını bağlayırlar. Şirkətlər “pop-up” konseptli mağazalara üstünlük verməsi, mağazalarını bağlaması onu sübut edir ki, offlayn mağazalar “ölür”.


Yaxın gələcəkdə, onlayn alış-verişlərin hər keçən gün daha da böyüməsi, markaları məcbur edəcək ki, onlayn və offlayn strategiyalarını ortaq bir nöqtədə birləşdirə bilsinlər. Yoxsa, iflas onlardan da yan keçməyəcək.