“Zara” mağazalar şəbəkəsinin rəhbəri Amansio Orteqa şirkətin rəhbərliyindən gedir.


Facemark.az xəbər verir ki, xarici KİV yazır ki, 81 yaşlı biznesmenin gedişi 2011-ci ildən başlayan prosesin davamı idi. Hələ o vaxt biznesmen ispan nəhəng geyim mağazaları şəbəkəsi olan “Inditex”də olan postundan getmişdi.


“Fashion United” yazır ki, A.Orteqa Zara da daxil olmaqla, 53 marka üzərində olan rəhbərlikdən də getmiş oldu. Bunlar “Massimo Dutti”, “Pull & Bear”, “Stradivarius”, “Bershka” və s. Səbəblər haqqında isə açıqlama verilməyib.


O, şirkətin dizayn və logistika departamentlərinin idarəçiliyinə rəhbərlik edib. 2017-ci ilin iyul ayında açıqlanan məlumatlara görə, “Zara” və “Inditex” geyim mağazaları şəbəkəsinin rəhbərinin sərvətinin dəyəri 71 milyard dollar dəyərində qiymətləndirilib.