“Coca-Cola Company” 2030-cu ilə qədər satdığı hər şüşəni təkrar istehsala yönləndirəcək.
Facemark.az xəbər verir ki, təkrar istehsalın “nəhəng qlobal səy” olaraq xarakterizə edən firma, ətraf mühitin çirklənməsini, ekoloji problemləri aradan qaldırmaq üçün yeni sosial məsuliyyət götürdüyünü elan edib.
“Coca-Cola Company” dünya miqyasında 500 müxtəlif markasını - qazlı içki, meyvə suyu və s. təkrar istehsala cəlb etmək üçün səy göstərəcək.
“Greenpeace” isə “Coca-Cola”nın zibillərin azaldılması deyil, təkrar istehsalın üzərində fokuslanmalı olduğunu söyləyib.
“Coca-Cola” qida və içki şirkətlərinin küçə, çimərlik, dünyadakı okeanlarda zibillərin artmasına görə, çox məsuliyyət daşıdığını qəbul edərək, “World Without Waste” (Zibilsiz Dünya) kampaniyasına başlamışdı.
“Coca-Cola”nın CEO-su James Quincey isə etdiyi açıqlamada deyib ki, “Dünyanın qablaşdırma problemi var. Bütün şirkətlər kimi biz də bunu həll etməyə çalışacağıq”.