Facemark.az markalara müştərilərə mobildə çatmaq üçün altı marketinq tövsiyəsindən bəhs edəcək.
- Sosial media marketinqi
İstifadəçilər ilə qarşılıqlı əlaqələrin təmin edilməsi üçün sosial media ən yaxşı məcraların əvvəlində gəlir. Bu platformalar hədəf kütləyə çatmaq üçün daha detallı seçimlər təklif edir.
- Lazımı istehlakçı təcrübəsi
Əgər mobil cihaz üzərindən hədəf kütləyə çatmaq niyyətindəsinizsə, kontentin doğru seçildiyinə əmin olmalısınız. İstehlakçıların markanı özünə dost canlı görməsi üçün seçdiyiniz rəng, dizayn belə çox önəmlidir.
- Mobilə uyğun e-mail
Mobilə uyğun e-mail kiçik bir ekranda daha asan oxuna bilən olmalıdır. Məsələn, qonşu ölkə olan Türkiyədə insanların cəmi 29%-i mobil cihazlar üzərindən e-mail adresinə gələn məktubları oxuyurdular, 2017-ci ildə isə bu rəqəm ilk dəfə 55%-i keçmişdi.
- Hədəfli reklamlar
Bu gün inkişaf etmiş texnologiyalar hesabına istənilən hədəf kütləyə daha asan çatmaq mümkündür. Mobil cihazlardan istifadən edən kütləyə hesablanmış postlar hazırlamaqla daha çox üstünlük qazanacaqsınız. Siz müştərilərinizi analiz edərək, məsələn yaş qrupu, hobbiləri və s. onlara uyğun şəxsiləşdirilmiş mesajlar ötürə bilərsiniz.
- Responsive dizayn
Daha sürətli yüklənən, uyğun şəkil və videoların tapıldığı saytlar istifadəçilərin marka ilə olan əlaqələrini inkişaf etdirir.
- Uyğun kontent
Mobil marketinqin də əsasında kontent mühüm rol oynayır. Mobil cihazlar ilə böyüyən nəsil daha təbii və real postlar görmək istəyir. Hesablamalara görə, 2020-ci ildə mobil reklamların 63%-i təbii reklamlardan təşkil ediləcək.