Estoniyada ən iri içki istehsalçısı olan A.Le Coq “tropik kola” dadlı Angry Birds brendi ilə sərinləşdirici içki istehsalına başlayır.


A.Le Coq Estoniyada içki istehsalı sektorunda verilmiş brendin istifadəsi hüququna malik yeganə kampaniyadır.


A.Le Coq kampaniyasının başçısı Tarmo Noop-un sözlərinə görə, Angry Birds brendi bütün dünyada populyardır və onun istifadəsi üçün hüququ əldə etmək üçün əldə etmək üçün kampaniya bütün deyilən tələbləri yerinə yetirməli idi. “Məhsulun hazırlanması prosesi bir ilə qədər vaxt apardı, belə ki, içkinin dadı, qablaşdırma seçimi və onun qeydə alınmasını lisenziya sahibi ilə razılaşdırmaq lazım idi-Rovio firması ilə”- deyə, Noop qeyd edir.


Tampo Noop əmindir ki, yeni sərinləşdici içki məşhur brend və içkinin dadına görə böyük bir tələbatla istifadə olunacaq. “Angry Birds sərinləşdirici içkisi kolanın tropik ətri ilə bizim üçün yeni bir daddır. Nielsen-in son nəticələrinə görə, Estoniyada ümumi sərinləşdirici içki satışının 38%-ni kola-içkilərinin payına düşür, daha doğrusu, kola dadı bizim istehlakçıların da rəğbətini qazanıb.” –deyə, Noop açıqlama verdi. Artıq kampaniya təcrübəli şəkildə kola-içkilərinin istehsalı ilə məşğuldur-üç il əvvəl RC Cola içkisinin istehsalına başlanmışdı və hal-hazırda verilmiş içki bütün kola-içkiləri içərisində ikinci yeri tutur. “Ona görə də, biz əminik ki, sərinləşdirici içki olan Angry Birds ölkəmizdə uğur əldə edəcək və tropik dadı həqiqətən də onu xüsusiləşdirəcək.”-deyə, Noop qeyd etdi.


Sərinləşdirici içki ilk dəfə keçən il Fillandiyada satışa çıxarılıb və o böyük bir tələbatla istifadə olunur. Estoniyadan başqa Angry Birds sərinləşdirici içkisi LatviyaLitvada da satışa çıxarılacaq. Angry Birds sərinləşdirici içkisi 0.33 litrlik bankalarda və 1.5 litrlik butulkalarda satışa çıxarılacaq.


Bütün dünyada məşhur olan Angry Birds brendi 2009-cu ildən istehsal olunmağa başlayıb, belə ki, Finlandiya firması olan Rovio bu ad altında kompüter oyunu hazırlamışdı. Bu brend də DisneyHello Kitty kimi qlobal məşhurluğa imza ata bilər.