Taksi xidməti göstərən “Uber” şirkətinin zərəri 2017-ci ildə bir öncəki illə müqayisədə 61% artaraq 4,5 milyard dollara çatıb.
Facemark.az xəbər verir ki, dekabrda konsoriumlardan biri şirkətin 18% səhmini 48 milyard bazar dəyəri ilə almışdı.
Qeyd edək ki, ötən il şirkət bir il saxladıqdan sonra 57 milyon istifadəçisinin informasiyalarının xakerlər tərəfindən oğurlandığını etiraf etmişdi.