“Coca-Cola” şirkəti 2017-ci il üzrə hesabatını açıqlayıb.
Facemark.az xəbər verir ki, şirkətin xalis mənfəəti ötən ilin 4-cü rübündə 20% və ya 7,5 milyard dollar azalıb. İlin sonunda isə 15% və ya 35,4 milyard dollarlıq azalma qeydə alınıb.
Struktur dəyişikliyini nəzərə alaraq gəlirlər müvafiq olaraq 26% və 17% azalıb. 4-cü rübdə orqanik gəlirlərin artması isə 6% təşkil edib. Bu isə il ərzində 3%-lik artım deməkdir. Dəyişiklik şirkətin məhsulun yenidən qablaşdırılmasını əhatə edir. Məsələn, Çində qablaşdırma lokal partnyorlara verilib. Afrika və Yaponiyada konteynerin istehsalçıları bir müəssisədə birləşib. Afrika qitəsində, həmçinin franşızanın ötürülməsinə hazırlanır. Şirkətin 4-cü rübdə xalis zərəri 2,7 milyard dollar təşkil edib.
Halbuki, ilin əvvəlində xalis zərər 547 milyon dollar olub. Şirkətin səhmdarlarına aid olan xalis mənfəət ilin sonuna qədər 80% azalıb və 1,25 milyard dollar təşkil edib. Şirkətin başçısı Ceyms Kvinsi isə deyib ki, 2017-ci ilin naliyyət və nəticələrindən razıdır. Şirkətin zərər etməsinə isə ABŞ-da həyata keçirilən vergi islahatları səbəb olub. Şirkət 2017-ci ilin 4-cü rübündə birdəfəlik 3,6 milyard dollar ödəməli olub. Şirkətin hesablamalarına görə, 2018-ci ildə orqanik gəlir 4% artacağı gözlənir. Şirkətin proqnozuna görə, vergi islahatları nəticəsində, kompaniyaya düşən gəlir vergisinin dərəcəsi 26%-dən 21%-dək düşəcək.