Elektron ticarət nəhəngi “Amazon” ABŞ miqyasında işçilərinə işdən çıxmaq qarşılığında 5000 dollar pul təklif edir.


Facemark.az xəbər verir ki, bu şirkət tərəfindən işçilərin daha məhsuldar işləmələri üçün edilən həmlələrdən biridir.


“Amazon”da çalışan Ashley Robinson məsələ ilə əlaqədar “Business Insider”ə deyib ki, “Amazon”da işləyən insanlar burada həqiqətən olmaq istəyən şəxslər olmalıdır. Belə bir strategiyanın həyata keçməsində məqsəd, insanları bir dəqiqələrini ayıraraq nə istədikləri haqqında düşünməyə təşviq etməkdir. İşçilərin uzun müddət istəmədikləri bir şirkətdə çalışmalarının onların özü və “Amazon” üçün məhsuldar olmadığını düşünürük”.


A.Robinsonun sözlərinə görə, belə bir təklif “Amazon” tərəfindən işçilərinə ildə bir dəfə təklif edilir.


Onun sözlərinə görə, şirkətin bu təklifini rədd edən işçilər şüuraltı olaraq özlərini “Amazon”a daha bağlı hiss edəcəklər.


“The Atlantic” qəzeti isə yazır ki, şirkətin işçilərinə ödədiyi məbləğ onların təcrübəsindən asılı olaraq 2000 ilə 5000 dollar arasında dəyişir.