Asan pullar hər kəsin istəyidir, ələlxüsus, bu pullar minimal itkilər və maksimal gəlir ilə əldə olunursa. İstiqrazlardan qazanc əldə etməyin üstünlüklərinin Azərbaycanda kifayət qədər tanınmamasının əsas səbəblərindən biri də yerli bazarda qiymətli kağızlardan, o cümlədən, istiqrazlardan əmanətçilərinə itkisiz və şərtsiz gəlir ödəmək qabiliyyətində olan şirkətlərin sayının məhdud olmasıdır.


Bəs şirkətlərin istiqrazlar buraxmaqda marağı nədir və istiqrazlardan qazanmaq niyə risksiz sayılır? Sadə dildə desək, əmanətçilər pullarını banklardakı depozit hesablarına yatıranda müəyyən gəlir, təqribən illik 8% əldə etməyi gözləyirlər. Əmanətçilərin bu gəlirini təmin etmək üçün banklar həmin əmanətləri müxtəlif şirkət və fiziki şəxslərə müəyyən faizlə kredit şəklində ayırırlar.


Bank öz gəlirini məhz bu proses nəticəsində əldə edir. Şirkət isə istiqraz buraxdığı zaman bank kimi vasitəçinin xidmətlərindən istifadə etmədən əmanətçilərinə daha yüksək gəlir təmin etməyə imkan verir (illik təqribən 14%). Eyni zamanda şirkət üçün resursların daha sərfəli cəlb olunması təmin olunur. Nəticə etibarı ilə hər iki tərəf qazanır.


Azərbaycanda öz investorlarına zəmanətli gəlir təmin etmək iqtidarında olan şirkətlərdən biri də Azərbaycanda və MDB-nin digər ölkələrində 21 ildən artıq uğurla fəaliyyət göstərən METAK şirkətidir. Nominal dəyəri 1000 AZN olan istiqrazlar cari ilin 29 yanvar tarixində 2000 ədəd sayda buraxılmışdır. Hərracın birinci günündə bütövlüklə satılan istiqrazlar hal-hazırda təkrar bazarda mövcuddur. Təkrar bazarda METAK şirkətinin istiqrazlarla bağlı əqdlərinin ümumi məbləği 1 milyon AZN keçmişdir.


İstiqrazları satın aldıqda Siz bir ildən sonra həm yatırımınızı bütövlükdə geri götürə, həm də əlavə olaraq 14% gəlir əldə etmiş olursunuz. Qeyd edək ki, gəlirlər hər rüb üzrə ödənilir. Bütün proses Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət PalatasıBakı Fond Birjasının nəzarəti altında keçir, satışlar isə AzFinance investisiya şirkəti tərəfindən təşkil olunur. Bank depozitlərindən fərqli olaraq istiqrazları istənilən anda (gəlirliliyini satış anına kimi itirmədən) geri çağırmaq mümkündür.


Doğru yatırım edərək itkisiz qazanın! METAK şirkətinin istiqrazları haqqında məlumat əldə etmək üçün +99412 310 33 22 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.