Qonşu ölkə Türkiyənin proqram təminatçıları tərəfindən yaradılan yerli, təhlükəsiz kriptovalyuta “NeXpara” 1-31 mart tarixləri arasında xalqa təqdim ediləcək.
Facemark.az xəbər verir ki, türk vətəndaşlarının sayının 80 milyon nəfər olduğunu nəzərə alaraq, cəmi 80 milyon ədəd belə kriptovalyuta dövriyyəyə buraxılacaq.
Bildirilir ki, “NeXpara”ya məxsus ATM kartları ilə bankomatlardan 7/24 “NeXpara” alqı-satqısı mümkün olacaq. “NeXpara” ATM kartı isə 2018-ci ilin iyun ayında bazara çıxarılacaq.
Türkiyənin milli kriptovalyutası olacaq “NeXpara” Banklara Nəzarət üzrə Palatadan lisenziya da alacaq. Beləliklə, bütün biznes subyektlərində kriptovalyuta təhlükəsiz və etibarlı şəkildə qəbul ediləcək.
“NeXpara”nın marketinq direktoru Eylem Cülcüloğlu 2018-ci ilin may ayında “NeXpara” üçün Android və İOS cüzdan tətbiqlərinin işə düşəcəyini elan edib: “NeXpara bir neçə il içərisində internet mağazalarda, alış-veriş mərkəzlərində, hətta marketlərdə istifadə ediləcək ödəniş vasitələrindən biri olacaq”.
Qeyd edək ki, satışlar www.nexpara.com saytı üzərindən həyata keçiriləcək. 1 “NeXpara”, 1 TL dəyərində satılacaq. “NeXpara”ların mənbəyi isə Türkiyədəki banklarda hesabı olan şəxslər olacaq.