“Kriptovalyutanın alış-verişi zamanı məxfilik və anonimlik şərtdir. Bu isə onun çirkli pulların yuyulması, vergi qaçaqmalçılığı, terrorçuluğun dəstəklənməsi kimi cinayətlər üçün əlverişli hala gətirir”.


Facemark.az xəbər verir ki, bu sözləri “Microsoft”un qurucusu Bill Qeyts “Reddit” platforması üzərindən insanların suallarına cavab olaraq deyib. Beləliklə, məşhur biznesmen ilk dəfə idi ki, kriptovalyuta haqqında öz düşüncələrini insanlarla paylaşıb.


Biznesmen deyib ki, kriptovalyutanın ticarətdə istifadə edilməsi birbaşa ölümlərə səbəb olur: “İnsanlar bu pulların qarşılığında narkotik ticarəti ilə məşğul olurlar. Kriptovalyutanı verib, narkotik alırlar. Bu istiqamətdə fikirləşəndə, kriptovalyutalar birbaşa ölümlərə səbəb olan nadir texnologiyalardan biridir”.


Qeyts, həmçinin bildirib ki, kriptovalyuta pul təchizatının və bazarlarının spekulyativ olması investorlar üçün çox risklidir.