Rusiyada qeyri-leqal siqaretlərin bazarı sürətlə artmağa davam edir. Bu il ərzində qeyri-leqal siqaretlərin bazarı 4,6%-dən 7,7%-ə qədər (1,7 dəfə) böyüyüb.


Facemark.az xəbər verir ki, “Kommersant” “Kantar TNS”in tədqiqatına istinadən yazır ki, bu isə 20 milyar siqaret deməkdir.


Qeyri-leqal bazarın strukturunda əsas pay Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan kimi ölkələrdən Rusiya ərazisinə qeyri-qanuni gətirilən məhsullar daxildir.


Adıçəkilən ölkələrdən gətirilən siqaretlərin həcmi isə təxminən 7,5 milyard edir ki, bu da bütün Rusiya ərazisində bütün istehlakın yalnız 2,9% deməkdir.


Qeyri-leqal bazarın əsas təminatçısı isə Belarus hesab olunur. Həmçinin digər ölkələrdən Rusiyaya qeyri-qanuni məhsul ixrac edən ölkələr arasında xüsusi paya BƏƏ və Serbiya daxildir.


Qeyd etmək lazımdır ki, Rusiyanın özü də qeyri-leqal bazarın əsas iştirakçılarından biridir. Belə ki, Krımdan gətirilən siqaretlər qeyri-leqal bazarın 34%-ni təşkil edir. Bura şübhəli aksiz markalı məhsullar, ya da askiz markası olmayan məhsullar daxildir. Saxta məhsullar “Bulqartabaka” markası (BT, Stüardessa, Rodopi və s. bura daxildir) altında buraxılır. Adıçəkilən marka yaxın zamanlara qədər lizenziya ilə məhsul istehsal edib.


Dövriyyədə olan və daha çox böyüyən qeyri-leqal məhsullar kateqoriyasına aksiz markası olmayan, ya da saxta aksiz markalı məhsullar daxildir. Analtiklərin qiymətləndirmələrinə görə, adıçəkilən bazarın payı 2018-ci ilin birinci rübü ərzində 1,6%-dən 2,4%-ə qədər artıb.