Geyim malları üzrə onlayn mağaza “Quella” və ev üçün əşyalar mağazası “Otto” Rusiya bazarını tərk edir.


Facemark.az xəbər verir ki, “Otto Group” şirkətinin Rusiya üzrə rəhbəri Martin Şirer deyib ki, belə bir qərar kompaniyanın qlobal strategiyası çərçivəsində atılır.


Belə ki, bundan sonra, şirkət yalnız alman dilli ölkələrdə fəaliyyət göstərəcək.


Bu halda Rusiya seqmentində “Bonprix” kimi və brendlər üçün loqistik və marketinq xidmətləri göstərən “Tom Farr”, “Zarina”, “Befree”, “Ralf Ringer” kimi markalar qalacaq.


Şirer markanın yenidən beynəlxalq meydançaya çıxa biləcəyini də istisna etməyib.


Qeyd edək ki, “Data Insight”ın məlumatına görə, “Quelle.ru”“Otto.ru” Rusiya bazarında onlayn mağazalar arasında geyim və ayaqqabıların satışları üzrə 7-ci yerdə qərarlaşıb.


Amma ötən il “Wildberries” və “Lamoda” satış artımında yerli bazarda lider olub. Məsələn, müqayisə üçün qeyd edək ki, onlayn mağaza “Wildberries”in satışları qeyd olunan dövr ərzində 40% artaraq 63,8 milyard rubla (1,8 milyard manat-red.) çatıb.


“Otto Group” Rusiya bazarında 1999-cu ildən fəaliyyət göstərir. Onun aktivləri arasında “Direkt Kataloq Servis”i (Otto, Witt, Bonprix) daxildir. “Nadom Group”, 2009-cu ildə əldə edilmiş “Quella Russia”, həmçinin “Biznes Servis” adlı loqistik MMC və Tverdə yerləşən “Promopost” daxildir.