Polşada sponsorların diqqətini cənubi Sudanda içməli su ilə təchizata cəlb etmək üçün Facebook platformasında xeyriyyə tədbiri keçirilib.
İştirak üçün təşkilat Glass duo qrupunu dəvət edib, hansı ki, alətlərlə yanaşı qədəhlərdən istifadə edir. Qrupun köməkliyi ilə klassik musiqidən ibarət konsert təşkil etmək düşünülmüşdü. Ancaq qədəhlərin səslənməsi üçün onları su ilə doldurmaq lazım idi.
Hər “like” edən yeni abunəçiyə sosial şəbəkənin aksiya səhifəsində qədəhə bir damla əlavə edilirdi. Təşəbbüs KİV tərəfindən maraqla qarşılandı və bunun nəticəsində səs rejissoru, çəkiliş qrupu, hətta Varşava simfonik orkestrası Glass Duo qrupu ilə birlikdə oynamağa razılıq verdilər.
Konsert ümumdünya su resursları günü baş tutdu. Həyata keçirilmiş kampaniya nəticəsində, JWT reklam agentliyinin də qeyd etdiyi kimi humanitar yardımı etməyə razılıq verən sponsor tapıldı.