Coca-Cola ‘’Move to the Beat‘’ qlobal kampaniyasını buraxaraq belə bir fakt ilə üzləşib ki, olimpiya təşəbbüsü əsasında məhz bu fakt əsas olsada, gənc Çin xalqı Londonu müasir musiqi paytaxtı kimi qəbul etmir.
Bu problemin öhdəsindən gəlmək üçün, Coca-Cola Çin bazarı altında ‘’Beat of China’’ adlı kampaniyanı qurdu və iştirakçılardan Londonda keçiriləcək Olimpiadada iştirak edən Çin idmançılarına ilham verəcək himn yaratmağı təklif etdi.
"Tədqiqat göstərdi ki, 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada əldə edilmiş böyük müvəffəqiyyətdən və əhəmiyyətli qarşılanmadan sonra, Çin xalqı Londonla daha da az maraqlanırlar. Çinin ‘’Ad Age’’ şirkətinin direktoru ‘’Marina Palma’’ müsahibəsində bildirdi ki, əsas məsələlərdən biri, emosional və fiziki uzaqlığın qarşısını müvafiq qaydada almaq idi. Çin xalqının birləşib Londondaki idmançılara müsbət enerji verməkk ideyası çox uğurla başa çatdı".
Beş Çin olympiadaçının tarixindən bəhs edən mini-dokumentlərin yaradılması, Coca-Cola yol şousun təşkil olunması, içkilər üçün xüsusi qablaşdırmanın və ''Angry Birds'' adlı ixtisaslaşdırılmış oyununun yaradılması kampaniyanın bir hissəsi oldu. Yalnız iki həftə ərzində 320 milyon baxış toplayan sənədli çarxlar müvəffəqiyyətli olduğunu sübut etmişdir. Daha bir müvəffəqiyyətlə keçirilmiş kampaniya, gələcək himn üçün melodiyaların toplanması idi belə ki, hədəf 100 milyon ‘’track’’ toplamaq olsada, artıq iki gün ərzində 180 milyondan çox melodiya daxil olmuşdur.
Çin komandası üçün Coca-Cola-ın rəsmi himni ilk dəfə olaraq aprel ayında Pekinin milli stadionunda tamaşaçıların qarşısına çıxıb kompozisiyanı yerinə yetirmiş Honkonqdan olan pop-ulduz Cek Çonq (Jacky Cheung) tərəfindən yazılmışdı . İstifadəçilər tərəfindən təklif edilmiş əlavələrlə yenilənmiş versiya 12 iyul tarixində çıxacaq.
Kampaniya üzərində Leo Burnett Şanxay, Starcom, Heartland, Redfly, WWWins Isobar və Bestshine kimi agentliklər işləyirdi. Coca-Cola Çində ən məşhur alkoqolsuz içkidir və şirkət yeni istehlakçılarıni cəlb etməyə davam edir. Bu arada Coca-Cola ABŞ-da tamaşaçını olimpiya komandasının ölkə üzvləriylə tanış edir.