Bu gün təşkil edilən “Content Session DAN Russia” konfransında Rusiya bazarında məzmun (kontent) ilə bağlı tədqiqatın nəticələri elan edilib.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, adıçəkilən ölkənin məzmun bazarı ilə bağlı araşdırmanı isə “Dentsu Aegis Network Russia” və PwC şirkətləri aparıb.
Ötən il bu seqment 157 milyard rubla, təxminən 2,5 milyard dollara qədər böyüyüb. Ekspertlər isə hesab edir ki, kontent bazarının inkişaf etməsi birbaşa olaraq ölkədə təşkil edilən futbol üzrə Dünya Çempionatı ilə bağlıdır.
Gəlirlərin böyük hissəsi kinokontent seqmentində cəmləşib. Kinokontent seqmentində ümumi həcm isə 70 milyard rubla (təxminən 1,1 milyard dollar) çatıb. Hesablanma zamanı filmlərin icarəsi haqqları, rəqəmsallıq, filmlərin paylanması nəzərə alınıb. İkinci yerdə isə 50 milyard rubl (785 milyon dollar) ilə telekontent seqmenti qərarlaşıb. Hesablanma zamanı reklamlardan gələn gəlirlər isə istisna edilib.
Növbəti pillədə isə 1,3 milyard rubl ilə sosial şəbəkələrdə olan kontent təşkil edib. İdman kontenti isə 7,5 milyard rubl olub. Bu seqmentin bu həcmə gəlib çatması isə idman hadisəsinin canlı translyasiyası haqqının alınması olub.
Sonuncu pillələrdə isə “new broadcasters” (kabel televiziyası, smart-TV və başqaları) 5 milyard rubl ilə tutub. Musiqi kontenti isə 4,8 milyard (konsertlərdə bilet satışından və “Yandex” kimi axın xidmətlərindən gələn gəlirlərdir) rubla çatıb. Brend kontenti 3,6 milyard rubla yüksəlib. Siyahını 3 milyard rubl ilə kibersport (gəlirlər axın xidmətlərindən, translyasiya, tədbir və bilet satışlarından gəlib) bağlayır.