“Starbucks” ABŞ-da kar və zəif eşidənlər üçün ilk qəhvəxana açacaq. Restoranda eşitmə qüsuru olan və sərbəst şəkildə jestlər vasitəsilə ünsiyyət quran 25 əməkdaş çalışacaq.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Washington Post” yazır.
İxtisaslaşdırımış “Starbucks” restoranı dünyada eşitmə qüsusu olan tələbələrə təhsil verən dünyanın belə ilk universiteti olan “Gallaudet”in yaxınlığında açılacaq. Restorana gələn bütün qonaqlar jestlər və ya elektron tablo üzərindən sifarişlərini edə biləcəklər. Kofe hazır olan zaman ekranda müştərinin sifarişinin nömrəsi görünəcək.
Bilindiyi kimi, bu ixtisalaşdırılmış kafedən fərqli olaraq digər “Starbucks” restoranlarda içki və sifarişlərin hazır olması barəsində sözlü şəkildə müştəriyə məlumat verilir. Bundan başqa bildirilir ki, yeni restoranın və qab-qacağın dizaynı ilə eşitmə qüsuru olan rəssam məşğul olacaq. “Starbucks” eşitmə qüsusu olan insanların bir araya gəlməsi, işləməsi üçün meydança rolunu oynayır. Biz bundan sonra da bütün səylərimizi birləşdirəcəyik ki, hamı üçün qonaqpərvər və əlçatan ola bilək”, - deyə şirkətin ABŞ-da satış üzrə vitse-prezidenti Rozann Uilyams deyib.
Qeyd edək ki, restoranın bu sahədə təcrübəsi mövcuddur. Belə ki, hələ iki il bundan qabaq oxşar layihə Malaziyada reallaşdırılmışdı. Hazırda bütün dünya üzrə “Starbucks”da 200 nəfər eşitmə qüsusu olan əməkdaş çalışır.