Çin şirkətləri bütün müasir qlobal reytinqləri fəth edirlər. Məsələn, son olaraq sizə “BrandZ”ın dünyanın ən bahalı markaları ilə bağlı hazırladığı reytinqi təqdim etmişdik. Həmin reytinqə 14 Çin şirkəti daxil olmuşdu və reytinqə görə, adıçəkilən ölkəni təmsil edən şirkətlər Amerikan kompaniyaları ilə müqayisədə daha sürətlə bahalaşırdılar. Bu dəfə isə “Fortune Global 500” reytinqinə nə az, nə çox düz 120 Çin şirkət daxil olub.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda isə qeyd olunan reytinqdə ən çox gəlirli Çin şirkətlərinin sayı ABŞ şirkətlərindən sonra ikinci olub. “Fortune Global 500” reytinqinə isə ABŞ-dan 126 şirkət daxil olmağı bacarıb. “Fortune Global 500”ün qiymətləndirməsinə görə, 2017-ci ildə reytinqdə iştirak edən bütün şirkətlərin ümumi gəliri 30 trilyon dollar olub. Amma şirkət qeyd edir ki, onların praktiki olaraq gəlirləri isə 23% artımla 19 trilyon dollara çatıb. Reytinqdə liderliyi isə 500,3 milyard dollarlıq dövriyyəsi ilə “Walmart” tutub.
Reytinqin ilk yüzlüyünə isə Çinin 22 əsas şirkəti daxil olub. Yalnız onlardan biri isə texnologiya şirkəti olan, dövlət dəstəyi olmadan inkişaf edən və reytinqdə 72-ci yerdə qərarlaşan “Huawei” şirkətidir. İkinci, üçüncü, dördüncü yerləri isə Çinin “State Grid” (Çin dövlət elektrik şəbəkə şirkəti ), neft korporasiyası “Sinopec Corp” və neft-qaz korporasiyası “China National Petroleum” daxil olub.
“Fortune Global 500” reytinqinə Çinin “SAIC Motor” (36), “Beijing Automotive Group” (124), JD (181), “Lenovo Group” (240), “Geely” (267), “Alibaba” (300), “Midea” (323), “Tencent” (331) kimi texnologiya şirkətləri daxil olub. JD reytinqdə 80, “Alibaba” 162, “Tencent” isə 147 bal yüksəlib.