Chrysler kampaniyası yeni Dodge Dart üçün orijinal reklam kampaniyasına başlayıb, belə ki, bir neçə dəqiqə ərzində avtomobilin yaranma mərhələləri göstərilir.


Reklam çarxı dinamikliyi ilə seçilir və son saniyələrədək tamaşaçının diqqətindən yayınmır.


Reklam “Maşınları birdəfəlik necə dəyişmək” adlı başlıqla təqdim olunub. Reklam çarxı Wieden+Kennedy reklam agentliyi tərəfindən hazırlanıb. Tez-tez dəyişən kadrlar komandanın real ideyaların təcəssümünü, maliyyə direktorları ilə mübarizə və qələbənin şirin dadını göstərir.


Reklam çarxının çəkilişində amerikan futbolunun ulduzu Tom Breydi iştirak edir. Soundtrack kimi isə Jay-Z və Kanye West "No Church in the Wild" –in musiqilərindən istifadə olunub.