Yeni idman mövsümü başlayır. Hətta başladı da. Çünki sentyabr ayının ilk günlərini yaşayırıq. Bundesliga, La Liga, Super Liga, Premier Liga və s. nin adını çəkə bilərik. Qısası, belə desək danışılacaq matçlar bitmir... Təbii ki, futbol sadəcə matç deyil, mövsüm öncəsi transferlər, azarkeşi olduğunuz komandanın yeni formaları, marşının əzbərlənməsi və s. pərəstişkarlar üçün həyəcanlı görünür. Elə deyil?!.


Məsələn, xatırlayırsınızsa, idman mallarının ən böyük pərakəndəçisi olan “Adidas” “Manchester United”in 2018/2019 üçüncü mövsüm forması ilə həm, okeanların plastik zibillərlə çirklənməsinə fokuslanmış, həm də “Çempionatlar Liqa” zəfərinin 50-ci ilini qeyd etmişdi. Bununla yanaşı, marka “Real Madrid” futbol klubunun da üçüncü mövsüm formalarını yenidən istehsal etmişdi. “W+K London”da görünür bu məsələdə başını çox yorub və öz futbol formalarını və futbol geyim dəstini yaradıb.


Belə ki, Amerikanın məşhur reklam agentliyi “Wieden+Kennedy London” (W+K London) (London ofisi) üzərində heç bir yazı olmayan boş ağ forma dizayn edib. Yeni dizayn ilə W+K London hər markasının onun üçün eyni dərəcədə doğma olduğunu göstərir. Bütün markaları da bərabər sevdiyi üçün hər biri bu formanın dizaynında yer alır. Markaların yapışqalı loqolarını boş formaya istədiyiniz kimi əlavə edə bilərsiniz.


Sanki, “W+K London” markalar üçün tər-təmiz səhifə açır. “W+K London” əməkdaşlıq üçün yeni markalara açıq olduğunu qeyd edir. Açıqlamada əgər bu formada yer almaq istəyirsinizsə, bizimlə əlaqəyə keçə bilərsiniz deyilir. Əslində, agentliyin gündəmi tutması və nəticələrə fokuslanmış hərəkətlər etməsi alqışlanmalıdır. Bəs bizim yerli reklam agentlikləri potensial və cari müştərilərinin könlünü almaq üçün hansı yollara əl atır?!



https://bigumigu.com/wp-content/uploads/2018/09/wieden-kennedy-london-forma-konkur-bigumigu-2.gif