Əgər polislər əylənmək qərarına gəlib və sizə zəng edib yaxın qohumlarının ölməsi barəsində yalnış məlumat versəydilər nə olardı? Çili Ogilvy & Mather agentliyi bu mövzu barəsində fantaziyadan istifadə edib.


Kreatorlar sosial reklam çarxında telefon avaraları ilə hüquq-mühafizə orqanları təmsilçilərinin yerlərini dəyişiblər. Süjetə əsasən, polislər gənclərə zəng edir və və onların valideynlərinin vəfat etdiklərini söyləyirlər. Mesajın qısa və ciddi şəkildə deyilişindən sonra onlar gülürlər və telefonun dəstəyini atırlar, gənc isə tamamilə çaşqınlıq içində qalır.


Belə sadə üsulun köməkliyi ilə reklamçılar əylənmək xətrinə polisə edilən yalançı zənglərin yolverilməz olduğunu göstərirlər.