Müştəri sədaqəti güclü marka yaratmaq üçün ən önəmli ünsürlərdən biridir.


Facemark.az-ın məlumatına görə, “Business Insider”in paylaşdığı xəbərə, əsasən onlayn anket və bazar araşdırması aparan “Morning Consult” şirkəti bu dəfə ən sadiq müştərilərə sahib olan markaların siyahısını elan edib. Şirkətin apardığı araşdırmanın nəticəsinə görə, siyahının əvvəlində pərakəndə satış şirkəti “Walmart” və onlayn internet mağazası “Amazon” gəlir. Bu araşdırmaya, əsasən alış-veriş edən şəxslərin 90%-i “ETİBARLILIQ” sözünü sadiq olduqları markalar ilə əlaqələndirirlər. Araşdırmanın nəticəsindən əldə edilən informasiyaya görə, müştəri sədaqətinə təsir edən digər ünsürlər isə qiymət, keyfiyyət, müştəri xidmətləri və şirkət etikasıdır. Bundan başqa, “Morning Consult” keçirdiyi araşdırma çərçivəsində minlərlə müştəridən sadiq olduqları marka haqqında düşünməyi və ağıllarına gələn ilk brend adını demələrini istəyib. Araşdırmada iştirak edən 6 600 nəfərdən 1 226 nəfəri ən sadiq olduqları markanın “Walmart” olduğunu, 854-ü isə “Amazon” olduğunu deyib.


Bundan başqa, araşdırmaya görə, “ağıllı” telefon sənayesinin də çox sayıda sadiq müştərisi mövcuddur. “Morning Consult”un qeyd etdiyinə, əsasən “ağıllı” telefon sahiblərinin 61%-i, yeni telefon alacaqları zaman mövcud telefonları ilə eyni markaya sahib telefon almağı düşünür.


“Morning Consult”ə görə, ən sadiq müştəriyə sahib 20 markanın adı belədir:


20. Microsoft – 39



19. eBay – 40



18. Publix – 41



17. Meijer – 42



16. Macy’s – 45



15. Best Buy – 48



14. Samsung – 51



13. Kohl’s – 53



12. Home Depot – 59



11. Starbucks – 64



10. Lowe’s – 64



9. Nike – 78



8. Coca-Cola – 81



7. McDonald’s – 85



6. Costco – 102



5. Kroger – 110



4. Apple – 212



3. Target – 385



2. Amazon – 854



1. Walmart – 1.262