“Volkswagen” yaxın 2 ili əhatə edəcək, yeni qlobal marketinq kommunikasiya strategiyasını təsdiq edib.


Facemark.az-ın məlumatına görə, marka marketinq kommunikasiyalarının təsirliliyinin, rəqəmsal mediada reklamın həcminin artırılmasını, həmçinin qlobal şəbəkədə əməkdaşlıq etdiyi partnyor agentliklərin sayını gözə çarpan şəkildə ixtisar etməyi nəzərdə tutur.


2020-ci ilə qədər Volkswagen marketinq effektivliyini təxminən 30% artırmağı hədəfləyib. Amma markanın qlobal reklam büdcəsi əvvəlki səviyyədə qalacaq və 1,5 milyard avro təşkil edəcək. Rəqəmsal medianın payı isə 50%-ə çatdırılacaq ki, bu da 2015-ci illə müqayisədə nə az nə çox, düz 2 dəfə artım deməkdir. Müştərilərlə qarşılıqlı əməkdaşlıq daha da fərdiləşdirilmiş şəkildə olacaq, kommunikasiyanın videoçarx və ya reklam modulu kimi elementlərinin miqdarı isə təxminən 5 dəfə böyüyəcək.


Perspektivdə “Volkswagen” gözə çarpan dərəcədə partnyor agentliklərinin sayını azaltmağı planlaşdırır, belə ki, mövcud olan 40 markaya cəmi 3 aparıcı partnyor-agentlik xidmət edəcək. Belə ki, “Omnicom Group” markanı Avropa və Cənubi Amerikada, WPP — Şimali Amerika bazarında, Cheil isə markanı Çində inkişafından məsul olacaq. “Sostav”a şirkətin mətbuat xidmətindən isə deyiblər ki, markanın Rusiya bazarındakı reklam partnyoru isə “Omnicom Group”a daxil olan DDB agentliyi məşğul olacaq.


2019-cu ildə “Volkswagen” bu regionlarda marketinq fəaliyyətini isə birləşdirməyi nəzərdə tutur. Berlin, Nyu-York, San-Paul, Pekin kimi iri şəhərlərdə şirkətin yeni qlobal marketinq ofisi fəaliyyət göstərəcək. Dörd mərkəzdə olacaq komandanın sayı 100-dən 200-ə qədər olması gözlənilir. Onlar inteqrasiya edilmiş qarşılıqlı funksiyadan istifadə edərək, kampaniyaların yaradılması üçün işləyəcəklər.


Komanda bütün mərhələlər üçün məzmun yaratmaqdan, onu reallaşdırmaqdan və bölgələrə ayırmaqdan məsul olacaq. Belə yanaşma, qlobal aksiyaların həyata keçirilməsini mümkün edəcək. Volkswagen, həmçinin yeni rəqəmsal platformaları təqdim etməyi planlaşdırır. Onlayn satışların yeni platforması We xidməti və We Deliver adlı rəqəmsal çatdırılma xidməti yaradılacaq. Proqnozlara görə, markanın qlobal saytına ziyarətçilərin sayı təkcə 2020-ci ildə artıq 360 milyon nəfərə çatacaq bu isə 2015-ci illə müqayisədə 70% daha çox göstərici deməkdir.


Nəhayət, markanın yeni dizayn siması daha modern və yenilənmiş olacaq. Ehtimal ki, markanın yeni görünüşü növbəti ilin yazında təqdim ediləcək.