WMF bıçaqlarının effektliyini göstərmək üçün McCann Worldgroup, Banqkok reklam agentliyi çox qorxunc printlər təqdim edib.


Şok edici reklam real şəkildə canlıları əks etdirir. Bu printləri gördükdən sonra tamaşaçıda elə bir təəsürat yaranır ki, sanki kreatorlar auditoriyada ümumiyyətlə bıçaqlara qarşı ikrah hissi oyatmaq istəyir. Başqa cür printləri izah etmək olmur.


Bu kreativ kimin üçün hazırlanmışdır? Qəddar cəlladlar üçün? Niyə reklam canlıların əzabını əks etdirir?


Bu ikimənalı ismarıc birmənalı şəkildə mənfi fikir yarada bilər. Bıçaqların effektivliyi reklamın qeyri-effektliliyinə görə çox asan şəkildə yox ola bilər.