Çox insanlar Coca-Cola içir. Ancaq Sprite bu faktla barışmaq istəmir və ona görə də istehlakçılara yeni reklam çarxında öz içkisinin köməkliyi ilə çoxluqdan ayrılmağı təklif edir.


Reklam tamamilə çinli rəssam Lyu Bolinya-nın yaradıcılığı ilə hazırlanıb, hansısa “görünməz insan” – hansı ki, xüsusi qrim vasitəsilə ətraf mühitdən seçilir. Belə “body art” insanı şəhərin ayrılmaz tərkib hissəsi edir.


BBH NY reklam agentliyi bu ideyanı daşların cansızlığını göstərmək məqsədilə istifadə etmişdir, belə ki, bu cansızlıqdan Sprite-nin köməkliyi ilə xilas olmaq olar.


Yeni reklam çarxı “maskalanmaq” sloqanı ilə Praqada çəkilib. Çəkiliş üçün 22 aktyor cəlb edilmişdir.