Kampaniyaların internetdə öz məhsul və xidmətlərini reklam etməsi nəticəsində əldə edilən mənfəət, hələ də ən az olanlar sırasındadır.


Bununla yanaşı, reklam verənlər daha aktiv şəkildə məhsul və xidmətlərin tanıdılması üçün qlobal şəbəkəni istifadə edirlər. Bu haqda son zamanlar analitiklər tərəfindən aparılan tədqiqatların nəticələrində deyilir: cari ilin birinci yarısında internet – reklam bazarı çox böyük sürətlə gedən artımla müşahidə olunub.


Statistikaya əsasən, internet reklamların payı hesabat dövrü 12.1% artıb. Müqayisə üçün qeyd edək ki, internet reklama ən yaxın rəqib – radio reklamlarıdır, belə ki, burada oxşar dövr ərzində 7.9% artım müşahidə edilmişdir.


Qəribə olsa da, TB – reklam bazarında 2.8% ilə ən az artım müşahidə edilmişdir, qəzetlərdə isə 3.1% artım qeyd edilmişdir. Maraqlıdır ki, çaplı jurnallarda reklamda heç bir artım müşahidə edilməmişdir, əksinə ümumi həcm 1.4% ilə azalmışdır.