Türk mehmanxanaları turistləri qeyri-real gözəl nömrələrə çağıraraq, onları artıq aldada bilməyəcəklər. Daha əvvəl reklamlarda istifadə olunan fotoşop, artıq bu ölkədə istifadəsi qadağan edilmişdir. Həqiqətlərə uyğun gəlməyən mehmanxananın istənilən şəkili, sahibini məhkəməyə gətirib çıxaracaq.


Hər şey Nurşen adında vətəndaşın şikayətindən başlandı. Türk tur agentliyi Bodrumda yerləşən mehmanxanaların birini reklam etdi. Lakin qadın oteli gedib gördüyündə, məlum oldu ki, mehmanxanada söz verilmiş xidmət yoxdur və mehmanxana şəkildəkindən daha pis vəziyyətdədir. Daha sonra, Nurşen başqa bir otelə köçür və min lirasını məhkəmə vasitəsilə geri alır. Agentlik faktiki olaraq "qüsurlu" məhsulun satışına başlamışdır."


Qadağa haqqında mübahisələr olsada, bütün dünyada fotoşopun məhdudiyyəti haqqında çoxdan danışılır. Ən qalmaqallı hadisələr isə, cavanlaşdıran kosmetikanın reklamıyla bağlı olan reklamlardır. Məsələn, Britaniyada dərinin qocalmasına qarşı kremi reklam edən aktrisa Reyçel Vayz-nın şəkillərinin çap olunmasına qadağa qoyuldu.


Belə qərara gəldilər ki,aktrisa 41 yaş üçün çox gənc görünür . Daha əvvəl isə, Amerikada efirindən kirpiklər üçün nəzərdə tutulmuş tuşun reklamını çıxartdıldı. Teylor Svift-in üzünün kompyuter emalından sonra fotoşop iki dəfə artdı. Düzgün şəkilləri ən çox qurmanlar arzu edirlər. Təəsüflədirici bir haldır ki, hətta restoranların saytlarında yerləşdirilmiş yemək menyuları həqqiqətdəkindən daha da iştahalı görünür.