Müəyyən olunmuşdur ki, internet istifadəçilərin çoxu KİV reklamlardakı retargetinqə qarşı deyillər.
5 000-dən çox istifadəçi ilə keçirilən sorğu zamanı Bizrate kampaniyası müəyyən etmişdir ki, istifadəçilərin 25%-i retargetinqə müsbət yanaşır, 60% neytral. 15% istifadəçi isə buna kəskin şəkildə etiraz etmişdir.
“Sizi məhsulun reklam bannerini klik etməyə nə məcbur edir , hansını ki, siz əvvəllər axtarmısınız?” – belə bir sualla Bizrate kampaniyası auditoriyaya müraciət edib. Və budur, respondentlər necə cavab veriblər:
- Bannerdə göstərilən məhsul xoşuma gəlir (36% kişi, 38% qadın);
- İlkin olaraq təqdim olunan kampaniyanın saytına baş çəkmək istədim. Banner isə sayta keçmək üçün ən asan yoldur (21% kişi, 20% qadın);
- Bannerdə yerləşdirilən məhsulun riteyleri xoşuma gəlir (12% kişi, 15% qadın)
- Banner əvvəllər rastlaşdığım məhsul və yaxud xidməti xatırlatdı (11% kişi, 14% qadın);
- Reklam əvvəllər baş çəkdiyim saytı xatırlatdı (9% kişi, 11% qadın);
- Banner həmin kampaniyanın başqa bir məhsulunu xatırlatdı, hansı ki, reklamda göstərilməmişdi (6% kişi, 5% qadın).
PA ADLABS – da media satın alma şöbəsinin rəhbəri Antonina Salion: “Hal – hazırda müxtəlif retargetinq məhsulları meydana gəlir – axtarış, auditoriya, dinamik, lokal və s. və hər birinin öz adı və texnologiyası var. Əlbəttə, retargetinqin hər bir məhsulu öz effektliyi ilə seçilir, ancaq ümumilikdə yaxşı konversiya səviyyəsi və daha çox satışla təmin edir. Həmçinin özündə iki növ reklam birləşdirir – kontekst və media. Bizim təcrübəmizə görə, media retargetinqin effektivlik dərəcəsi kontekst reklamları ilə müqayisədə daha yaxşıdır. Xüsusilə, media retargetinq çox yaxşıdır, belə ki, müştəri qarşısında iki tapşırıq qoyulanda – satış və brendinq, ona görə də, retargetinq – bu reklam silahıdır, hansı ki, bir güllə ilə iki dovşan vurur.”